Soyuq havaların çox hiss olunduğu bu günlərdə dərinizin xüsusi qayğıya ehtiyacı var. Qışda havalar soyuduqca dəri daha tez quruyur. SİA xarici mətbuata istinadən xəbər verir ki, quru dəri həssas olur. Qaşınma, qıcıqlanma kimi problemlər yaranır. Dəri nəmini itirdiyi üçün tez qırışır. Bununla belə, evdə hazırlayacağınız təbii qulluq maskalarını dəriyə qulluq rutininizə daxil etməklə dərinizdə nəm saxlaya bilərsiniz. Qış mövsümü üçün dərini nəmləndirən xüsusi qulluq maskasını sizə təqdim edirik:
Banan maskası
Banan A, B və E vitaminləri ilə çox zəngindir. Dərinizi banan maskası ilə düzəldə bilərsiniz.
Quru dərilər üçün ideal olan banan maskası dərini qısa müddətdə nəm saxlayır. Dərinin vaxtından əvvəl qırışmasının və qocalmasının qarşısını alır. Banan maskası dərini parlaq edir və eyni zamanda dəri tonunu bərabərləşdirir.
Yarım bananı çəngəllə əzin və içinə 2 çay qaşığı portağal suyu və 2 çay qaşığı qatıq əlavə edin. Maska konsistensiyasını alana qədər qarışdırın və hər tərəfinə bərabər olacaq şəkildə dərinizə çəkin. 15-20 dəqiqə saxlayın və yuyun.
Banan maskasını həftədə 1-2 dəfə dərinizə çəkə bilərsiniz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB