Çobanyastığı çayının faydaları nələrdir?

Çobanyastığı çayı içməyin faydaları arasında dərinizin gözəlliyinə töhfə verəcək və yuxu keyfiyyətini artıracaq xüsusiyyətlər də var. SİA xarici mətbuata istinadən xəbər verir ki, çobanyastığı çayı beyninizdə yuxululuğu artıra və yuxusuzluğu və ya xroniki yuxu çatışmazlığını azalda bilən müəyyən reseptorlara bağlanan bir antioksidan olan "apigenin" ehtiva edir.

Məşhur dietoloq Anşul Jabharat "Çobanyastığı çayı əsəbləri rahatlaşdırır və əsəb sistemini sakitləşdirir, buna görə də daha yaxşı yatmağınıza kömək edir. Onun tərkibində əlavə kofein yoxdur və mən onu yatmazdan əvvəl istehlak etməyi məsləhət görürəm", deyə bildirib.

Gündə 1 stəkan çobanyastığı çayı içmək kifayətdir. Çobanyastığı ekstraktları sağlam bədən üçün çox güclü mənbədir.

Çobanyastığı çayının faydaları:

1. İmmunitet sistemini gücləndirir.

2. Ürək xəstəliyi riskini azaldır

3. Dərinin teksturasını yaxşılaşdırır

Eyni zamanda, çobanyastığı çayı ağrı kəsici və spazmı aradan qaldıran xüsusiyyətlərə malikdir.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə