Əsrlər boyu gözəlliyin və dəriyə qulluğun əsasını təşkil edən badam yağı müntəzəm istifadə ilə müxtəlif dəri problemlərinin həllinə kömək olur. SİA xarici mətbuata istinadən xəbər verir ki, onun sirri odur ki, kollagenin istehsalını dəstəkləyir və dərinin elastikliyini artırır, qırışlara və sallanmalara yaxşı təsir göstərir. Tərkibindəki A və E vitaminləri dərin qırışları açır və quru dərini dərhal bərpa edir.

Badam yağı dərhal nəmləndirici təsir göstərir. Dərinin nəm tutumunu artırır.

Eyni zamanda, 7 gün ərzində dəri tonunu bərabərləşdirir, quru dəri səbəbindən dərinləşən dəri qırışlarını azaldır.

1 həftədən sonra dərinizə daha bərabər və balanslı bir rəng verir. Ləkə və çapıqlara təsiri hüceyrə yenilənməsindən asılı olaraq 20 günə qədər davam edir.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə