Məşhur ekstrasens 2023-cü il proqnozları ilə gündəmdədir

2018-ci ildə bir epidemiyanın bütün dünya nizamını dəyişəcəyini iddia edən ekstrasens Nikolas Aujula bu epidemiyanın Covid-19 pandemiyası olduğunu açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Nikolas Aujula həmçinin Donald Trampın seçkilərdə uduzacağını, “Qaraların həyatı önəmlidir” hərəkatını və Parisdəki Notr-Dam kilsəsindəki yanğını proqnozlaşdırıb. Aujula həmçinin Kim Kardaşyanın Kanye Vestdən boşanmasını və Şahzadə Harri və Meqan Marklın Oprah müsahibəsini proqnozlaşdırıb.

Nikolas Aujula indi 2023-cü il proqnozları ilə gündəmdədir. Aujula deyir ki, İngiltərədə kral və ya prezident binası yanacaq. Böyük Britaniya diplomatiyası və demokratiyası sarsılacaq. Xalq öz liderini devirmək üçün çevriliş edə bilər. Britaniya tacının populyarlığı və gəliri aşağı düşəcək. Buna görə də kral ailəsi mülklərini sata bilər.

Aujulanın sözlərinə görə, Britaniyanın Mühafizəkarlar Partiyası iyun-avqust ayları arasında daha bir böhran yaşayacaq.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə