Qaradağ seçki dairəsi ilə bağlı DSK-nın qərarı qüvvədə saxlanılıb -AÇIQLAMA

Bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 11 saylı Qaradağ seçki dairəsi ilə bağlı müraciətə baxılıb. SİA-nın məlumatına görə, iclasda bildirilib ki, həmin dairə üzrə namizəd Səxavət Soltanlı müraciətdə həmin dairə üzrə seçki məntəqələrində seçki prosesinin pozulduğu qeyd edilib. MSK üzvü Qabil Orucov bildirib ki, müvafiq dairə seçki komissiyası tərəfindən aparılan araşdırmalar zamanı həmin dairə üzrə baş verildiyi iddia edilən pozuntu halları öz təsdiqini tapmayıb və seçicilərin iradəsinə təsir edəcək hər hansı bir hal qeydə alınmayıb. Q.Orucov təklif edib ki, şikayət əsassız hesab edilsin və DK-nın qərarı qüvvədə saxlanılısın. Təklif səsə qoyularaq qəbul edilib. Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Aydın Hüseynovdur.
Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə