"Daş Təpələr: Karahantəpə" simpoziumu keçirilir - Şanlıurfa

Bu gün Türkiyənin Şanlıurfa şəhərində "Daş Təpələr: Karahan təpə", 2023-ci ildə keçirilməsi nəzərdə tutulan dünya neolit dövrünə həsr edilmiş beynəlxalq konfransın təqdimat simpoziumu keçirilir. SİA-nın Şanlıurfaya ezam olunmuş müxbiri xəbər verir ki, simpoziumda dünyanın Böyük Britaniy, İtaliya, İspaniya, Portuqaliya, Almaniya, ABŞ, Azərbaycan da daxil olmaqla dünyanın bir sıra ölkərindən 70-dən çox jurnalist iştirak edir.

Simpoziumun keçirilməsində məqsəd Şanlıurfada yerləşən "Daş Təpələr" adlandırılan tarixi məkanın dünyaya tanıdılmasıdır.

Simpoziumda çıxış edən Türkiyənin Mədəni Sərvətlər və Muzeylərin baş direktoru Gökhan Yazqı bildirib ki, "Daş Təpələr" adlanan ərazi 12 min illik tarixə malikdir: "Tarixin sıfır nöqtəsi, yəni başlanğıcı hesab edilən qədim yaşayış məskənlərindən biri olan ərazi YUNESKO-nun Dünya İrsi siyahısına salınıb".

Onun sözlərinə görə, sözügedən ərazidə aparılan arxeoloji qazıntılar qədim insanların yaşayışı ilə əlaqədar yeni fikirlərin meydana çıxmasına səbəb olub: ""Daş Təpələr"dən aparılan qazıntılar zamanı çəkisi 40 tona qədər olan dik daşların sözügedən əraziyə necə gəldiyi əsas müzakirə mövzularından biridir. Bu bölgə hər hansı yaşayış məskəninə yaxın deyil. İnsanın əsas ehtiyacı olan su qaynaqlarından uzaqda yerləşir. Bu ərazinin nəyə görə seçilməsi digər başqa suallardan biridir".

G.Yazqı əlavə edib ki, bu ərazi 1963-cü ildə kəşf edilib, lakin ilk qazıntılar 1995-ci başlayıb: "Arxeoloqların ilkin ehtimalına görə, bu tikililər qədim insanların ibadət yeri olub. Neolit dövründə ərazi insanların cənazə rituallarını icra etdikləri yer olub".

İstanbul Universitetinin professoru Mehmet Özdoğan qeyd edib ki, Anadolunun Neolit dövrünün həqiqətən dünya sivilizasiyana töhfəsini yeni-yeni anlamağa başlamışıq. Biz əvvəl düşünürdük kı, Anadolunun tarixi bir o qədər də vacib deyil. Lakin aparılan arxeoloji qazıntılar, araşdırmalar Türkiyənin Neolit dövrünün böyük əhəmiyyətə malik olduğunu, dünya tarixində əhəmiyyətli yer tutduğunu sübut etdi.

Xatırladaq ki, simpozium iki gün davam edəcək. Simpoziumda Türkiyədən, Kanadadan, İngiltərədən professor heyəti iştirak edir. Sabah simpoziumda Türkiyənin Mədəniyyət və Turizm nazirinin iştirak edəcəyi gözlənilir. Həmçinin, simpoziuma həsr edilmiş mətbuat konfransı keçiriləcək.

"Daş təpələrdə" yaşayan insanların dini inanclarının formalaşması onların əkinçilik bacarıqlarının əldə edilməsindən öncəki dövrə təsadüf edir. Bu araşdırmalara qədər bu fikrin tam əksi hesab edilirdi.

Aparılan arxeoloji qazıntılar və neolit dövrünə aşkarlanan arxeoloji tapıntılarla bağlı geniş təqdimatla çıxış edib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...