"Just Jazz" adlı möhtəşəm caz gecəsi keçiriləcək

Yanvarın 14-də Heydər Əliyev Sarayında "Just Jazz" adlı möhtəşəm caz gecəsi keçiriləcək. SİA-nın məlumatına görə, gecədə Əməkdar artistlər Şəhriyar İmanov və Vüsal İskəndərzadənin (tarzən) rəhbərliyi ilə Shur Trio kollektivi, Coffee Band, Nicat Aslanov, Tural Rafael, Nərmin Məmmədli, Aytən Orucəliyeva, Suada Hacızadə və Ləman Abbaszadə iştirak edəcəklər.

Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və “ASAN xidmət” mərkəzlərindən, “Gənclik” və “28 Mall” ticarət mərkəzlərindəki kassalardan əldə etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə