Türkiyədə Qeyri-maddi mədəni irsə dair mütəxəssis toplantısı keçiriləcək

Sentyabr 15-19-da Türkiyədə Qeyri-maddi mədəni irsə dair mütəxəssis toplantısı keçiriləcək. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, TÜRKSOY beynəlxalq təşkilatının dəstəyi ilə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi Araşdırma və Təhsil Baş İdarəsi tərəfindən Antalya şəhərində "Qeyri-maddi mədəni irsin təhsildə səmərəli istifadəsi" barədə mütəxəssislərin toplantısı təşkil olunacaq.

YUNESKO, TÜRKSOY və müxtəlif ölkələrdən mədəniyyət siyasətçilərinin və tədqiqatçıların qatılacağı iclasda Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyi Qeyri-maddi mədəni irs sektorunun müdiri Y.Hüseynli təmsil edərək ölkəmizdə qeyri-maddi mədəni irs sahəsində aparılan islahatlar barədə geniş təqdimat keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə