"Portret" filminin nümayişi keçirilib

N.Nərimanov adına Mədəniyyət Mərkəzində rejissor Fariz Əhmədovun Azərbaycanın Milli Qəhrəmanı Sərdar Səfərova həsr olunmuş "Portret" filminin nümayişi keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, ekran əsərinin ssenari müəllifi Esmira Əyyubdur.
Filmin nümayişindən əvvəl mədəniyyət işçisi Felman Lazımov çıxış edərək, Azərbaycan oğullarının qəhrəmanlığından, onların Qarabağ uğrunda müharibədə göstərdikləri şücaətdən danışıb. O, bildirib ki, bu gün Azərbaycan gəncləri-əsgər və zabitlərimiz düşmənə layiqli cavab verir, işğal altında olan torpaqlarımızın azadlığı üçün əzmlə mübarizə aparır, şəhid olub qəhrəmanlıq zirvəsinə yüksəlirlər. Xalq da öz qəhrəman oğullarını heç zaman unutmayacaq, hər zaman ehtiramla yad edəcəkdir.
Daha sonra mədəniyyət müəssisələrinin kollektivləri və tamaşaçılar "Portret" filmini izləyiblər.
Tədbirdə 7 saylı məktəbin şagirdlərinin ifasında vətənə və şəhidlərimizə həsr olunmuş şeirlər dinlənilib.

Qeyd edək ki, Corat qəsəbə mədəniyyət evində keçirilən tədbirdə qəsəbə icra nümayəndəliyi və ağsaqqalları iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə