“Victory Tour” turizm agentliyi Azərbaycan Konqreslər Bürosunun (AzKB) üzvü olub

"Victory Tour" turizm agentliyi Azərbaycanda 2005-ci ildən uğurla fəaliyyət göstərir və turizm sektorunda öndə gedən şirkətlərdən biridir. SİA-nın məlumatına görə, şirkətdə əsas beş satış şöbəsi var: Aviabiletlərin bronlaşdırılması şöbəsi, Xarici turizm, Daxili turizm, Viza-nəqliyyat şöbəsi və Biznes səyahəti/MİCE şöbəsi.

Biznes səyahət/MİCE şöbəsinin fəaliyyəti, Azərbaycanda müxtəlif tədbirlərin keçirilməsi, xarici və yerli şirkətlərin sifarişlərinin qəbul edilməsi, tematik turların, biznes səfərlərinin, korporativ tədbirlərin və s. təşkilindən ibarətdir. 2012-ci ildə Azərbaycanda yeni MİCE (işgüzar) bazarının inkişafı və müştərilərin cəlb edilməsini təmin etmək məqsədi ilə şirkətdə yeni MİCE.az layihəsi və bu lahiyə çərçivəsində www.mice.az saytı yaradılıb.

Son zamanlar ölkəmizdə gedən inkişafla bağlı, yeni dünya səviyəli otellərin tikilişi və infrastrukturun beynəlxalq və yüksək səviyəyə çatması, xarici təşkilatlar tərəfindən MİCE istiqaməti qismində Azərbaycana olan marağı daha da artırıb. Məhz bu səbəbdən "Victory Tour" Biznes səyahəti/MİCE şöbəsinin irrəlləyişi üçün növbəti uğurlu addımını ataraq yenicə yaranmış Azərbaycan Konqreslər Bürosu ilə (AzKB) 10 dekabr 2013-cü il tarixində imzalanmış müqavilə əsasında büronun üzvü olub.

Azərbaycan Konqreslər Bürosu barədə ətraflı məlumat əldə etmək üçün http://azerbaijan.travel/az/facts/144 linkə daxil ola bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə