Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin təşkilatçılığı ilə 20-23 iyul tarixlərində ölkəmizdə Özbəkistan Kinosu Günləri keçiriləcək. Nazirlikdən SİA-ya verilən məlumata görə, bu münasibətlə Özbəkistan Respublikası mədəniyyət nazirinin müavini Avazxon Tadjixanov və “Özbəkkino” Milli Agentliyi baş direktorunun müavini Əlişer Xocayevin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gələcək.
İyulun 20-i saat 19:00-da Nizami Kino Mərkəzində kino günlərinin açılış mərasimi keçiriləcək. Mərasimdə “Evrilish” (“Təkamül”) bədii filmi nümayiş olunacaq.
Kinosevərlər iyulun 21-də saat 14:00-da “Yasha, xotin” (“Yaşa, arvad”), 16:00-da “Sudya” (“Hakim”) filmlərini izləyəcəklər.
İyulun 23-də, sonuncu gün saat 11:00-da “Baxodir” (“Bahadır”) filmi göstəriləcək. Seanslara giriş sərbəstdir.
Bütün xəbərlər Facebook səhifəmizdə