Hadisə Abşeronda Xırdalan şəhərində baş verib

''Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı''. Bu deyimi indi təqdim edəcəyimiz süjetin dırnaqarası qəhrəmanına aid etmək olar. İşlədiyi evdən oğurluq edən usta, ev sahibinə niyə bu qədər pulu evdə saxlamasını irad tutur. Maraqlı hadisə Abşeronda baş verib. Usta işlədiyi evi qarət edib. Hadisə Abşeronda Xırdalan şəhərində baş verib. Vüqar İsayev ''102'' xidmətinə məlumat verib ki, 27-ci məhəllədəki təmir edilən mənzilindən 3500 manat pulu oğurlanıb.

Hadisə yerinə baxış keçirən polis evdə işləyən usta Cəlilabad sakini Əlizamin Eyvazovdan şübhələnib. Polis onu dindirərkən məlum olub ki, evi qarət edən ustadı. Əlizamin Eyvazov oğurladığı pulun 600 manatını xərcləyib. 2900 manatı isə polis onu saxlayarkən üstündən aşkar edərək sahibinə qaytarıb. ''Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı '' deyimi isə burda yerinə düşür.

Abşeron rayon polis idarəsindən verilən məlumata görə Əlizamin Məmmədov əvvəllər də soyğunçuluq cinayətinə görə 4 il məhkum olunub. Bu faktla bağlı isə oğurluq maddəsi ilə cinayət işi başlanıb, istindaq davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə