Dünya Əl Bağdadi haqda nə bilir? 1№-Lİ TERRORÇU

Bu yaxınlarda "İslam Dövləti" ("İD") terror təşkilatının lideri, "dünya müsəlmanlarının xəlifəsi" adını qəsb edən Əbu Bəkr əl Bağdadinin arvadı qaçaraq, onu tərk edib. Özü də "İD"in ciddi nəzarət etdiyi ərazilərdən. Məhz bu hadisədən sonra on minlərlə insanın qanını tökən, vəhşilikləri və "əsrarəngiz" edam üsulları ilə tanınmağa başlayan "dünya müsəlmanlarının xəlifəsi" haqqında istər-istəməz məlumatlar üzə çıxmağa başladı. Baxmayaraq ki, əl Bağdadi barəsində informasiyalar nəinki Qərb dünyası üçün, hətta ona sadiq olanlar üçün də çox azdır. Bu baxımdan, mövzu ətrafında araşdırma apararaq, dünyanın 1 nömrəli terrorçusu və başkəsəni haqqında ən müfəssəl məlumatları müxtəlif mənbələrdən istinad və tərcümələr edərək toplayıb və oxucularına təqdim edirik. Beləlkilə, uşaqlığı sakit keçən bir insanın hansı üsullarla "dünya cihadçılığının lideri" adını qazanması hər halda maraq doğurur.

Gələcək "xəlifənin" uşaqlığı

İbrahim Əvvad İbrahim əl-Bədri. 1971-ci ildə Bağdadın şimalında yerləşən Samarra şəhərində anadan olub. Həmin vaxt İraqda panərəb seklyarist və sol təmayüllü BƏƏS partiyası hakimiyyətdə idi. İbrahimin atası Əvvad dini həyatda fəallığı ilə seçilənlərdən biri olub. Məhz orada Əvvadın oğlu ilahiyyatçı qismində ilk addımlarını atmağa başlayıb. Hələ uğaq çağlarında o öz qonşu həmyaşıdlarını başına yığaraq, Quran oxuyurdu. Onu tanıyanlar deyirlər ki, İbrahim dini terminlərin dəqiq ifadə olunması üçün saatlarla öz üzərində işləyirdi.

BƏƏS iqtidarı dövründə partiya rəhbərliyi dinin fəal təbliğinin qarşısının alınması üçün müəyyən addımlar atsa da, onunla mübarizədə elə də maraq göstərmirdi. Hətta İbrahimin qohumlarından hakim partiyaya üzv olanlar da var idi. Məsələn, gələcək "xəlifənin" iki əmisi prezident Səddam Hüseynin xüsusi xidmət orqanlarında çalışıb. Hətta qardaşı da səddamçı ordunun zabitlərindən olub. Digər qardaşı isə İran-İraq müharibəsi zamanı həlak olub. Həmin müharibə zamanı İbrahim çox kiçik idi.

Digər tərəfdən, İbrahimin qohumlarından sələfilik yolunu tutanlar da var idi. Bəzi məlumatlara görə, onun atası da sələfi əqidəlilərdən olub. Səddam Hüseyn iqtidarı radikalların fəaliyyətlərini məəhdualaşdırmaq üçün Səddam adına İslam elmləri universitetini açır.

1993-cü ildən başlayaraq, İraq lideri "inama və imana qayıdış kampaniyası" çərçivəsində aksiyalar keçirir. Məsələn, həmin dövrdə ölkədə fəaliyyət göstərən gecə klubları bağlanır, spirtli içkilərin ictimai yerlərdə istifadəsinə qadağalar qoyulurdu. O cümlədən, şəriət hökmləri də icra edilirdi. Belə ki, oğruların əlləri kəsilirdi və s.

Daha bir maraqlı fakt Səddam Hüseynin bir neçə il ərzində verdiyi 28 litr qanı vasitəsilə Quran yazdırmasıdı. Həmin kitab sonradan şəhər məscidlərinin birində yerləşdirilmişdi.

Hüquqşünaslıqdan ekstremistliyə doğru

Ali təhsil almaq vaxtı çatdanda İbrahim əl Bədri Bğadad universitetinin hüquqşünaslıq fakültəsinə imtahan verib. Lakin onun orta təhsilindəki aşağı qiymətləri, eləcə də ingilis dilini pis bilməsi istəyini reallaşdırmayıb. Bu səbəbdən o, sənədlərini ilahiyyat fakültəsinə yönəldir. Orada təhsil alan İbrahim sonda magistr və qiraət (Quran oxuma) dərəcəsi alır.

Magistraturada təhsil aldığı dövrdə İbrahim əmisinin təhriki ilə "Müsəlman qardaşları" təşkilatına üzv olur. Bu təşkilat ultraislamçılıq üzrə fəaliyyət göstərərək, bir çox ölkələrdə dini dövlətlərin qurulmasının tərəfdarı kimi çıxış edib. Lakin onun üzvləri ehtiyatlı davranaraq, hökumətlərə qarşı silahlı mübarizədən yayınmağa üstünlük verirdilər. Əl Bədriyə bu kimi ideyalar kifayət qədər yumşaq gəldiyi üçün o daha sərt addımların atılmasını məqsədəuyğunlu kimi qiymətləndirib. Hətta "Müsəlman qardaşları" təşkilatının liderlərini ittiham edən İbrahim onları söz pəhləvanı adlandıraraq, təşkilatın rafikal baxışlı tərəfdarlarını öz ətrafına cəmləməyə başlayıb.

Beləliklə, 2000-ci ildə magistr pilləsini qazandıqdan sonra İbrahim əl Bədri Bağdadın ən kasıb rayonlarından birinin kiçik qəsəbəsində məscid yanında yerləşən balaca ev alır və orada yaşamağa başlayır. Dörd il ərizndə o, iki dəfə evlənir və hər iki arvadından dörd uşağı olur. "İslam Dövləti" terror təşkilatının gələcək lideri uşaqlara Quran oxumağı öyrətməklə və dini mövzularda dərslər verməklə maddi tələbatlarını ödəyir.

Əl Bədrinin yaşadığı evin yanında bir futbol meydançası da olub. Həmin vaxt onunla qonşuluq edənlər bildirirlər ki, İbrahim çox yaxşı futbol oynayırmış. Hətta qəsəbədə ona "bizim Messi" ləqəbini də vermişdilər. Bununla yanaşı, o bir neçə tərəfdarları ilə birgə islamı gözətçi dəstəsi də yaradıbmış. Bu dəstə qəsəbədə gəzərək, dinə zidd olan halların aradan qaldırılması ilə məşğul imiş Məsələn, İbrahimin özü bir dəfə qəsəbədə keçirilən toy mərasimlərinin birində görüb ki, kişilər qadınlarla birgə rəqs edirlər. O, həmin toya müdaxilə edib, bunun İslam üşün yolverilməz olduğunu deyib və dərhal aradan qaldırılmasını tələb edib.

"Cihad akademiyası"

2004-cü ildə əl Bədrini amerikalılar həbs edir. Belə ki, o axtarışda olan dostunun evinə qonaq getmişdi və həmin vaxt ABŞ xüsusi təyinatlıları həmin evə basqın edərək, dostunu və özünü həbs edib. Gələcək "xəlifə" amerikalıların İraqdakı Kemp Bukka filtrasion düşərgəsinə düşür. Həmin düşərgədə şübhəli irqalılar saxlanılırdı. Düşərgədəkilərə dini ibadətlərini yerinə yetirmək və s. kimi hallaq qadağan edilməmişdi. Ona görə də İbrahim əl Bədri oradakı məhbuslara cümə namazları təşkil edir, öz düşüncəsi tərzində xütbələr danışırdı.

Onu tanıyan məhbuslardan bir neçəsi sonradan deyiblər ki, Kemp Bukk əməlli-başlı "Cihad akademiyası"na çevrilmişdi. "Onu öyrət, ideologiyanı təbliğ et ki, azad olan kimi sönməyən alova çevrilsin", - bu fikirləri həbs düşərgəsinin keçmiş məhbislarından biri İbrahim əl Bədrinin kökündəki tərəfləri təsəfir edərkən deyib.

Amerikalı mühafizəçilər potensial təhlükəki liderləri ayrı-ayrı kameraları salır, onların fəaliyyətlərinə müəyyən qadağalar qoyurdular. Ancaq nə qədər maraqlı görünsə də bu, İbrahim əl Bədriyə – gələcək Abu Bəkr əl Bağdadiyə tədbiq olunmurdu.

"O yaxşı oğlan deyildi, ancaq pisləri-pisi də deyildi". Bu fikirləri isə Kemp Bukk düşərəgəsinin sabiq serjantı Kennet Kinq əl Bədri barədə danışarkən deyib. Onun sözlərinə görə, əl Bədrini hətta xüsusi təhlükəli şübhəlilər sektoruna belə köçürülməyib.

2006-cı ildə əl Bədrini azad ediblər. "Hə, uşaqlar, Nyu-Yorkda görüşərik"-deyə gələcək "xəlifə" düşərgədəki amerikalı əsgərlərə deyib. "Həmin vaxt bu sözlər hər kəsə sülhpərvər şəklində görünürdü"-deyə serjant Kinq bildirib.

Karyeralı "xəlifə"

Əl Bədri azadlığa çıxdıqdan sonra "Əl Qaidə" terror şəbəkəsinin İraq qolu ilə sıx təmsalara girir. Şəbəkənin aparıcı şəxsləri ona Dəməşqə getməyi təklif edirlər. Onlara görə, əl Bdəri Suriyanın paytaxtında həm başlatdığı dissertasiya işini başa çatdıra və bununla yanaşı terrorçularla təmaslarını qura bilərdi. Həmin ərəfədə terrorçular arasında ziddiyyətlər yaşanırdı. Bu səbəbdən, "Əl –Qaidə"nin İraq qolu təşklatdan ayrılaraq, o zamankı "İraq İslam Dövləti" təşkilatına transfer olundu.

Əl Bədri dini bilgilərinə görə, bu təşkilatın İraq vilayətləri üzrə rəhbəri seçildi. O vaxtlar hazırkı "İslam Dövləti"nin əraziləri yox idi. Ona görə də İbrahim əl Bədri işlərini təbliğat strategiyası üzərində quraraq, silahlıların yerlərdə şəriətə uyğun hərəkət etmələrinə nəzarət edirdi.

2007-ci ilin martında o, Bğadada geri dönür və müdafiə etdiyi dissertasiyası müqabilində quranşünaslıq üzə doktorlu dərəcəsini qazanır. Əl Bədrinin uğurları "İraq İslam Dövləti"nin o zamankı lideri Abu Eyyub əl Məsrinin diqqətini cəlb edir. Nəticədə əl Bədri təşkilatın şəiət komitəsinin rəhbəri vəzifəsinə təyin olunur. Bununla o, terrorçu təşkilatın bir və əsas qolunun tam rəhbərinə çevrilir.

2010-cu ildə əl Məsri öldürülür və təşkilat de-fakto başsız qalır. Bu zaman gələcək "xəlifəyə" Səddam Hüseyn hakimiyyətinin sabiq kəşfiyyat zabiti və "İraq İslam Dövləti"nin əsas strateqi Hacı Bəkr köməyə gəlir. Belə ki, Hacı Bəkr təşkilata lider keçə bilmir. Çünki onun keçmişinin Səddam Hüseynlə əlaqəsinin olması buna mane olur. Bu baxımdan, müxtəlif manipulyasiya yolları vasitəsilə Hacı Bəkr İbrahim əl Bədrini təşkilatın müvəqqəti rəhbəri vəzifəsinə təyin olunmasına naiol olur. Sabiq kəşfiyyat zabitinə elə gəlirdi ki, o bu kimi yollarla yeni "əmirin" üzərində nəzarətini saxlaya biləcək. Hətta zaman-zaman buna nail olurdu da. Məsələn, təşkilatın müxtəlif qollarına məhz Səddam Hüseyn hakimiyyəti zamanı kəşfiyyatda işləmiş sabiq zabitlər təyin edilirdi.

2013-cü ildə "İraq İslam Dövləti" terror təşkilatı "İraq və Şam İslam Dövləti" ("İŞİD") terror təşkilatına çevrildi və fəaliyyətinin əsas bünövrəsini Suriya ərazilərində qoymağa başladı. 2014-cü ilin yayındakı blits-krikindən (uğurlarından) sonra bir daha adını dəyişərək "İslam Dövləti"nə çevrildi. Məhz onda Əvvad İbrahim əl Bədri özünü "xəlifə" elan edərək, Abu əl Bağdadi adına malik olduğunu bəyan etdi.

"Mən sizin üzərinizdə rəhbər olaraq təyin olunmuşam, ancaq mən heç də sizlər arasında ən yaxşısı deyiləm. Əgər görsəniz ki, mən doğru yoldayam, siz də ardımca gəlin. Və əgər görsəniz ki, mən doğru yolda deyiləm, haqqı azıram mənə məsləhətlər verin, yanlış yola getməyimin qarşısını alın. Allaha qarşı çıxsam, siz də mənə qarşı çıxın"-deyə o, öz tərəfdarları qarşısındakı ilk çıxışında danışmışdı...

Abu Bəkrin arvadları

Abu Bəkr əl Bağdadinin 2004-cü ilə qədərki iki arvadı barədə informasiyalar olduqca azdır. Həmin vaxtlar o, öz arvadlarını evində saxlayır və publika qarşısına çıxarmırdı.

Lakin 2016-cı ilin fevralında "xəlifənin" Diana Kryuger adlı arvadı ondan qaşmağa nail olur. Qıza ərindən fərarilik etməsinə iiki nəfər rəfiqəsi yardım göstərir. İraq mətbuatı o zaman yazmışdı ki,əl Bğadadi bu hadisədən möhkəm qəzəblənərək, onların dalınca başkəsənlər dəstəsi göndərmişdi. Lakin qızların axtarışları nəticəsiz qalmışdı.

Diana "İslam Dövləti"ndə şəriət qaydaları çərçivəsində qadınların həyatına aid olan işlərlə məşğul olan məsul vəzifə daşıyırdı.Məsələn, xüsusilə qadınlardan ibarət olan "əxlaq polisi"nə rəhbərlik edirdi. Onlar qadınların kişilərsiz (ərləri, yaxud da onlara məhrəm olan digərləri) çölə çıxmalarının qarşısını almaqla, başdan-ayağadək örtünmələri ilə və s. şəriət qaydaları ilə məşğul olurdular. "İslam Dövləti"nin qadınlardan ibarət "əxalq polisi"nin fəaliyyəti kifayət qədər qəddarlıqla müşahidə olunub. Məsələn, bu ilin yanvarında şəriət-geyim qaydalarına tam əməl etmədiyinə görə,gənc suriyalı qız ölənə qədər döyülüb və sonradan yandırılıb.

Diana Kryuger qadınlardan ibarət əsgərlər də hazırlayırmış. Xüsusilə, İraqın Kərkük şəhərində hərbi kurslar açıb qadınlardan intiharçı-terrorçu dəstələri düzəldirmiş. Əl bağdadi ilə Kryuger ötən ilin oktyabrında evlənmişdilər. Sonradan hər ikisi arasında yaranan soyuq münasibətlərin əsası isə hələ də sirr olaraq qalmaqdadır.

Əl Bğadadinin ən məşhur arvadlarından biri də Sədcə əd Duleymi olub. Hətta əd Duleymi o qədər məşhur olub ki, terrorşular onu "xəlifiyyə" belə adlandırıblar. Lakin onlar arasındakı nikah uzun çəkməyib, cəmi üç ay. 2009-cu ildə bağlanan nikah elə həmin ildə də başa çatıb. Ancaq deyilənlərə görə, əl Duleyma "xəlifəyə" kifayət qədər yararlı xidmətlər göstərib.

Boşandıqdan sonra o öz bacısı və atası ilə Suriyanın Homs vilayətinə köçüb. 2014-cü ilin martında əd Duleymanı Suriya prezidenti Bəşər Əsədə yaxın olan hərbçilər əsir götürüb. Həmin ərəfələrdədə "Cəbhət ən Nusra"ya məxsus terrorçu qruplaşma Abu Bəkrin keeşmiş arvadını, eləcə də 149 qadını və uşaqları 13 yunan pravislav monaxları ilə dəyişdirməyə nail olur. Baxmayaraq, "Cəbhət ən Nusra" ilə "İslam Dövləti" bir-birini təkfirçilikdə ittiham edərək, düşmənçilik mövqeyindədirlər və bir-birlərinə qarşı müharibə aparırlar. "Bizim bacımız, şeyx Abu Bəkrin arvadı biz tərəfdən azad olunub. Biz bunu ona görə etdik ki, belə əməllər etmək borcumuzdur"-deyə "Twitter" sosial şəbəkəsində "Cəbhət ən Nusra" terror şəbəkəsinin "əmirlərindən" biri yazmışdı. Abu Bəkr onda susqunluq nümayiş etdirmişdi.

Əsirlikdən azad edildikdən sonra Sədcə digər qaçqınlarla birgə Livana köçür. Lakin bundan sonra da o Suriya-Livan sərhədlərini dəfələrlə keçərək, çadrası altında terrorçulara sponsorluq edənlərin göndərdikləri pul və zinyət əşyalarını ünvanlara çatdırırdı.

Hətta bir dəfə o videokamera qarşısında üzünü gizlətməyərək, dünyanın bütün qadınlarını "İslam Dövlətinə" qatılmağa dəvət çağırışları etmişdi. O, qeyd edirdi ki, "xilafətdə" hər bir qadını sadiq ər və layiq olduqları həyat gözləyir.

Ancaq 2015-ci ilin başlanğıcında onu Livan hökuməti iki uşağı ilə birgə (uşaqlarından biri 5 yaşlı qız Abu Bəkrdəndir) sərhəddi keçmək istərkən əsir götürür.Onda da əl Bağdadi heç bir açıqma ilə çıxış etməyərək, susqun qalır və nə qədər qəribə görünsə də "Cəbhət ən Nusra" silahlıları bu dəfə də onu xilas edir. Bu dəfə Bağdadinin keçmiş arvadı 12 livanlı əsgərlə dəyişdirilir.

Bəllidir ki, 2013-cü ildə əsir götürülmüş amerikalı sosial işçi Kayl Müller də əl Bağdadinin arvadlarından sayılıb. Bəzi məlumatlara görə, Bğadadi amerikalı qızı ölənə qədər zorlamışdı. Lakin "İslam Dövləti"ndən olan qaynaqlar bunun əksini söyləyərək, Müllerin ABŞ-a məxsus bombardmançı təyyarələrin bombardmanı zaman həlak olduğunu deyirlər. Müllerlə birgə əsirlikdə olan yezidi qız sonradan qaçmağa müvəffəq olur və o bu zaman bildirmişdi ki, Abu Bəkrin həmin ərəfədə 3 "rəsmi" arvadı var idi.

Terrorçunun qiyməti

Bu gün ABŞ rəhbərliyi Abu Bəkr əl Bağdadinin başına 10 milyon dollar pul saymağa hazır olduqlarını bəyan edirlər. Məsələn, dövlət departamentinin "rewardsforjustice" saytında əbu Bəkr Abu Dua psevdonimi ilə qeyd olunub. Digər tərfədən, baxmayaraq ki, "Əl-Qaidə"nin lideri Syman əz Zəvahirinin başına əl Bağdadininkindən iki dəfə artıq pul qoyulub, o Üsamə ben Ladendən sonra dünyanın 1 nömrəli terrorçusu elan olunub.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə