On ayda 648 yol-nəqliyyat hadisəsi baş verib

Bu ilin əvvəlindən indiyədək paytaxtda 648 yol-nəqliyyat hadisəsi baş verib. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, qəzalar nəticəsində 183 nəfər ölüb, 703 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

V.Əsədov vurğulayıb ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 91 hadisə, 79 ölüm və 18 xəsarət faktı azalıb. Bu da yol polisi əməkdaşlarının keçirdikləri məqsədyönlü tədbirlərin, eyni zamanda, geniş təbliğat işinin aparılmasının nəticəsidir. Hadisələrin 47 faizi sürət həddinin aşılması, 50,6 faizi piyadaların avtomobillərlə vurulması, 29 faizi isə ötmə, manevretmə və yol ayrıclarını keçmə qaydalarının pozulması ilə əlaqədardır.

Bütün xəbərlər Facebook səhifəmizdə