Sabirabadda bir nəfər Kürdə boğulub. Fövqəladə Hallar Nazirliyinin saytı xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sabirabad rayonu, Ulacalı kəndində 1 nəfər Kür çayında çimərkən batıb. Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən axtarışlar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə