Bakıda 10 saylı Təcili Tibbi Yardım Stansiyasının həkiminin çağrış yerində boğazına bıçaq çəkilib. Təcili və təxirə salınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyir ki, bu nə ilk hadisəsdir nə də son. Xəstə və xəstə yaxınları tərəfindən həkimlər tez-tez hücuma məruz qalırlar.
Hadisə paytaxtın Xəzər rayonu Binə qəsəbəsi Yeni Sahə adlanan ərazilərdəki bir evə çağrışa gedən 10 saylı Təcili Tibbi Yardım Stansiyasının həkimlərindən Şəfəq Alıyevanın başına gəlib. Xəstənin oğlu həkimə bıçaqla hücuma edib.
Həkimlər dərhal "102" xidmətinə zəng vurub, hadisə barədə məlumat veriblər. Hazırda faktla bağlı araşdırma aparılır. Rauf Nağıyev bu hadisənin nə ilk olduğunu nə də son olacağını deyir.
Hakimlər bildirir ki, bənzər zorakılıq halları ilə xüsusilə də ağır xəstə çağırışları zamanı tez-tez üzləşirlər. Xəstənin ölümünü qəbul etməyən yaxınları bu zaman təcili yardımı günahlandırırlar. Daha bir hücum səbəbi də gecikmələrdir. Təcili və Təxirə Salınmaz Tibbi Yardım Stansiyasının baş həkimi xəstənin psixaloji vəziyyətindən asılı olmayaraq həkimlərin ilkin yardımdan boyun qaçırmadıqlarını bildirir. Amma insanlar bilməlidir ki, həkimlərə qarşı edilən hər bir hərəkət qanunla cavablandırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB