“Milli Şura” “İctimai Palata”nın və daha öncə dağılmış “Azadlıq” blokunun aqibətini yaşayır
"Milli Şura"nın qarşılaşdığı acı aqibəti bəlli olduqdan sonra, ortaya ilginc məqamlar çıxmaqda davam edir. Daha dəqiq desək, AXCP və Müsavat partiyalarının münaqişə episentrinə çevrilmiş "Milli Şura" son anda mitinq keçirmək haqqında qərar verməklə qarşılaşdığı durumu pərdələməyə cəhd edir. Lakin nə qədər cəhdlər göstərilsə də, olanları "olmayan" qismində göstərmək mümkün olmur. Bu arada AXCP-nin "Milli Şura"nı ələ alma prosesində Müsavat qarşısında qalib çıxması birincinin ikinciyə diktə etməsinə də zəmin yaradıb. Artıq, "cəbhə" tərəfi Müsavatı qurumdan dışlamağa sövq edən bəyanatlar da səslənidirir.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı: "Müttəfiqlik mümkün deyil"
"AXCP-nin "Milli Şura"dan kənarda hər hansı iki tərəfli əməkdaşlığı real deyil" – tipli açıqlama ilə çıxış edən "cəbhə" sədrinin müavini Fuad Qəhrəmanlı əslində, burada Müsavata eyham vurub və bildirib ki, əgər İsa Qəmbər "Milli Şura"dan imtina etsə, AXCP Müsavatla müttəfiqliyini davam etdirmək niyyətində olmayacaq.
"AXCP üçün əsas məsələ "Milli Şura"dakı şəxslərlə birgə başlanmış prosesi davam etdirməkdir" - deyən Qəhrəmanlı burada qeyri-səmimiliyini ortaya qoyaraq guya Müsavatın "Milli Şura"da qalmasını istədiyini bildirib. Lakin onun qeyri-səmimiliyi necə deyərlər, göz qabağındadır. Bir tərəfdən, Müsavatla hədə dilində danışan AXCP sədrinin müavini digər tərəfdən guya müsavatçıların "Milli Şura"dan getmələrini istəmədiyini sərgiləyir. Ancaq söz yox ki, burada daha çox görünən AXCP-nin "Milli Şura"da söz sahibinə çevrilməsi məsələsidir: "Biz də çox istərdik ki, Müsavat partiyası bu prosesdə iştirakını davam etdirsin. Müsavat Partiyası bu prosesdə iştirak etmək istəməsə, bunu onun seçimi hesab edəcəyik".
Qurumun parçalanması an məsələsinə çevrilib
Maraqlıdır ki, siyasi analitiklər də məsələ ilə bağlı bir sıra reallıqlarla çıxış edirlər. Ekspertlər də "Milli Şura"nın çıxılmaz labirintə düşməsinin "liderlərin" şəxsi ambisiyaları ilə əlaqələndirirlər. Məhz bu baxımdan da "Milli Şura" "İctimai Palata"nın və daha öncə dağılmış "Azadlıq" blokunun aqibətini yaşayır desək, heç də yanılmarıq.
Beləliklə,"Milli Şura"nın dərin böhran vəziyyətinə düşməsi mütləq mənada subyektiv faktorlarla bağlıdır ki, bu da ənənəvi müxalifətin daha öncələr yaşadığı hadisələrin yenidən təkrarlanmasına gətirib çıxarır.
Müxalifətin bu "birliyini" yönəldən şəxslər öz aralarında hökm sürən ziddiyyətlərə və rəqabətə son qoyub, səmimi şəkildə bir arada olmağı bacarmadılar. "Milli Şura"nın indiki ağır durumu da məhz bu qarşıdurmaların məntiqi nəticəsi kimi qəbul edilməlidir.
Tarixə nəzər salsaq görərik ki, "Azadlıq" blokunun ilk tərkibinin dağılması prosesində də bu hadisələr yaşanmışdı. O zaman üçün ənənəvi müxalifətin "birliyi" hesab edilən "Azadlıq" bloku da indi "Milli Şura"da müşahidə olunan intriqalar üzündən dağıldı. Bu səbəbdən də, proqnozlaşdırmaq olar ki, əslində, "Milli Şura"nın bu kimi vəziyyətdə mövcudluğunu davam etdirməsi nəinki inandırıcı deyil, eyni zamanda, bu qurumun parçalanması artıq an məsələsinə çevrilib.
Xəbər lenti
Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb
İqtisadiyyat 09:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Bir kilo ətin qiymətində bir ailənin hesabı -KÖŞƏ
29 Sentyabr 13:41
İnsanlar niyə özlərini başqalarının gözlərində axtarır? -KÖŞƏ
23 Sentyabr 11:41
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%
Sizin reklam yeriniz
2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



