Cəmil Həsənli siyasi “canavarların” əhatəsində qurbanlıq “quzuya” çevrilib
"Milli Şura" sədri Rüstəm İbrahimbəyovun quruma rəhbərlik postundan imtina etməsi prosesi əslində, gözlənildiyindən də tez başa çatdı. Belə ki, "Milli Şura" funksionerləri onun bu addımını sessiyada atacağını düşünürdülər. Daha dəqiq desək, sessiyanın gündəliyinə əsasən, R.İbrahimbəyov toplantının keçirildiyi gün telefon əlaqəsi saxlayaraq, qurum sədrliyindən istefa verəcəyini bəyan edəcəkdi. Lakin onun qərarını sessiyaya qədər atması arxasında ilginc məqamlar mövcuddur ki, bu da təməlli olaraq yaşanan uğursuzluqlardan boyun qaçırmaq anlamını daşıyır. Artıq, "Milli Şura"da İbrahimbəyov "epoxası" başa çatıb və qurumun prezidentliyə keçmiş namizədi Cəmil Həsənli siyasi "canavarların" əhatəsində qurbanlıq "quzuya" çevrilib. Artıq o, potensial qurbanlıq olaraq, başına gələcəklərini gözləməkdədir.
İbrahimbəyovun gedişindən öncə də itkilər var idi
Lakin "Milli Şura"da qaynayan hadisələr yalnız İbrahimbəyovun gedişi, eləcə də Həsənlinin qurbanlığa çevrilməsi ilə başa çatmır. Məsələ ondadır ki, hazırda qurumu öz monopoliyaları altına alamağa cəhd edən AXCP və Müsavat arasında da barışmaz mübarizə aparılmaqdadır.
Buna misal kimi sosial şəbəkələrdə, eləcə də partiyalara yaxınlığı ilə seçilən mətbuat səhifələrində davamlı təhqirlər şəklində gedən ittihamları göstərmək mümkündür. Hətta, İsa Qəmbər baş verənlərdən qəzəblənərək, rəsmi şəkildə "əxlaqsızlığa son qoyun" çağırışını da etmişdi. Yəni, baş müsavatçının ismarıcı bilavasitə "cəbhəçilərə" tərəf barmaq silkələməyi kimi başa düşüldü. Bu da təbii ki, çox yaxın vaxtlarda "Milli Şura" adlandırılan uğursuz layihə - qurumun tamamilə dağılacağını göstərir.
Lakin R.İbrahimbəyovun gedişindən öncə də itkilər var idi. Asəf Hacıyevin, Lalə Şövkət Hacıyevanın, Əvəz Temirxanın, Rəsul Quliyevin, Zəminə Dünyamalıyevanın, Solmaz Əsgərovanın, eləcə də digər tanınmış müxalifət təmsilçilərinin hələ bir neçə ay öncədən qurumu tərk etmələri sonradan baş verəcək hadisələri özü-özlüyündə proqnozlaşdırırdı. Ona görə də, R.İbrahimbəyovun istefasından təəccüblənməyə də dəyməz.
Növbə Cəmil Həsənlinindir
Halbuki, qurumun üzvləri düşünürdü ki, nəhayət uzun illərdən sonra nəyəsə nail olacaqlar. Hətta, 1998-ci ilin prezident seçkilərində prezidentliyə iddialı olan İ.Qəmbər də öz lideri Əbülfəz Elçibəyə güzəştə getmədiyi halda, 2013-cü il prezident seçkilərində R.İbrahimbəyova güzəşt etdi. Təbii ki, Müsavat başqanı heç bir uğur qazana bilməməsinin fərqində olub, prezidentlikdən aşağı vəzifəyə də gəlməyə razılıq vermişdi. Bunun səbəbi isə nəyin bahasına olursa-olsun, gələcək məqsədlərinə yiyələnmək arzusu idi. Artıq, R.İbrahimbəyov yoxdur və onun yoxluğu yuxarıda da qeyd edildiyi kimi C.Həsənlinin təklənəcəyini sürətləndirib. Nə İ.Qəmbər, nə də Ə.Kərimli heç bir halda Həsənlinin yenidən "lider" kimi görmək istəməyəcəklərini müxtəlif vasitələrlə həyata keçirməyə başlayacaqlar. "Milli Şura"da həmsədrlik institutunun yaradılması ideyası iflasa uğayıb və bu iflasın nəticəsi olaraq, AXCP-Müsavat qarşıdurması səbəbindən qurum öz işinə xitam verməsi ilə fəaliyyətini dayandıracaq.
Növbə isə əlbəttə ki, C.Həsənlinindir.
Xəbər lenti
Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb
İqtisadiyyat 09:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Bir kilo ətin qiymətində bir ailənin hesabı -KÖŞƏ
29 Sentyabr 13:41
İnsanlar niyə özlərini başqalarının gözlərində axtarır? -KÖŞƏ
23 Sentyabr 11:41
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%
Sizin reklam yeriniz
2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



