Halbuki, qurumun üzvləri düşünürdü ki, nəhayət uzun illərdən sonra nəyəsə nail olacaqlar. Hətta, 1998-ci ilin prezident seçkilərində prezidentliyə iddialı olan İ.Qəmbər də öz lideri Əbülfəz Elçibəyə güzəştə getmədiyi halda, 2013-cü il prezident seçkilərində R.İbrahimbəyova güzəşt etdi. Təbii ki, Müsavat başqanı heç bir uğur qazana bilməməsinin fərqində olub, prezidentlikdən aşağı vəzifəyə də gəlməyə razılıq vermişdi. Bunun səbəbi isə nəyin bahasına olursa-olsun, gələcək məqsədlərinə yiyələnmək arzusu idi. Artıq, R.İbrahimbəyov yoxdur və onun yoxluğu yuxarıda da qeyd edildiyi kimi C.Həsənlinin təklənəcəyini sürətləndirib. Nə İ.Qəmbər, nə də Ə.Kərimli heç bir halda Həsənlinin yenidən "lider" kimi görmək istəməyəcəklərini müxtəlif vasitələrlə həyata keçirməyə başlayacaqlar. "Milli Şura"da həmsədrlik institutunun yaradılması ideyası iflasa uğayıb və bu iflasın nəticəsi olaraq, AXCP-Müsavat qarşıdurması səbəbindən qurum öz işinə xitam verməsi ilə fəaliyyətini dayandıracaq.
Növbə isə əlbəttə ki, C.Həsənlinindir.