Müxalifət partiya "liderləri" artıq uzun illərdir ki, öz sədrlik postlarından ikiəlli yapışıblar. Buradan bir daha bəlli olur ki, yeni kadrların sədrliyə gəlməsi onlara sərf etmir. Belə ki, ölkəmizdə fəaliyyət göstərən bəzi partiyaların sədrləri gənclərə, yeni fikirə, müasir siyasi baxışa yol vermir, rəhbərlikdə qalaraq yeni potensial kadrların sədrliyə gəlməsinin qarşısını müxtəlif bəhanələrlə alırlar.
Ancaq onu da qeyd etmək mümkündür ki, bəzi partiyaların sədrləri bununla bağlı müəyyən addımlar atıblar. Məsələn, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Etibar Məmmədov bir neçə il bundan öncə, daha dəqiq desək, 2003-cü ildən sonra AMİP sədrliyindən gedib və partiya üzvləri qurultayda ona fəxri status olaraq AMİP-in "lideri" adını veriblər.
Eyni zamanda Azərbaycan Liberal Partiyasının (ALP) keçmiş sədri Lalə Şövkət Hacıyeva da ALP-nin rəhbərliyindən gedib və liberallar onu qurultayda ALP-nın "lideri" adına layiq görüblər.
Təəssüflər olsun ki, bəzi partiya rəhbərləri sədrlikdən getməklə bağlı nəinki addım atmırlar, heç bu barədə düşünmürlər də. Məsələn 1992-ci ildə, 21 il bundan öncə yaradılan Müsavat partiyasının başqanı hələ də İsa Qəmbərdir. O artıq 3-cü onillikdir ki, partiyasına rəhbərlik edir. Yaşı 60-a çatmasına baxmayaraq, partiya sədrliyindən getmək istəmir. Onu da qeyd edək ki, Müsavatın qurultayının vaxtı artıq iki ildir ki, yubanır. Partiya hələ 2011-ci ildə qurultay keçirməli idi. Lakin Müsavat rəhbəri müxtəlif bəhanələrlə qurultayın keçirilməsini yubadır. Ona görə ki, partiyanın nizamnaməsinə uyğun olaraq qurultayda Müsavata yeni sədr seçilməlidir. İ.Qəmbər isə sədrlikdən getmək niyyətində olmadığını bu gün də sərgiləməkdədir.
Artıq illərdir partiyaya sədrlik edən, rəhbərlikdən ikiəlli yapışan siyasətçilərdən biri də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlidir. Belə ki, 1999-2001-cil illərdə "Yurd" qruplaşmasının başında dayanan Ə.Kərimli Əbülfəz Elçibəyin müəmmalı vəfatından sonra "cəbhənin" sədri vəzifəsini ələ alır. Artıq 12 ildən çoxdur ki, Ə.Kərimli AXCP-yə sədrlik edir və belə görünür ki, hələ o, bundan sonra da sədrlikdə qalmaq niyyətindədir.
Bu gün Vahid Azərbaycan Milli Birlik Partiyasının (VAMP) sədri Hacıbaba Əzimov, KXCP sədri Mirmahmud Mirəlioğlu, VHP sədri Sabir Rüstəmxanlı, "Ədalət" partiyasının sədri İlyas İsmayılov, "Ümid" sədri İqbal Ağazadə və digərləri də yaratdıqları partiyaların rəhbərlikləri vəzifəsində qalmaqda davam edirlər. Onlar bu gedişlə yeni qurultay keçirərək rəhbərlik etdikləri təşkilata sədr seçmək, gənclərə yol vermək niyyətində olmadıqlarını məhz bu addımları ilə sübut etmiş olurlar.
Bu şəxslər siyasi rəqiblərini, eləcə də, bəzi vəzifəli şəxsləri, tutduqları postdan getməməkdə ittiham etsələr də, özləri yaratdıqları partiyada sanki ömürlük rəhbər postunun səlahiyyətlərini icra edirlər. Bütün bunlar isə gənclərin həmin partiyalara axınının, həmçinin, bu partiyalara olan ictimai inamın qarşısını alır. Gənc kadrlar belə düşünürlər ki, bu şəxslər hər zaman öz vəzifə səlahiyyətlərini icra edəcəklər. Əgər onlar bu partiyalara üzv yazılsalar, elə üzv olaraq da qalacaqlar.
İctimaiyyət isə onların hansı məqsədlərə görə sədrlik postlarından getmədiklərini yaxşı bilir. Cəmiyyət bilir ki, onlar siyasi maraq kontekstindən deyil, məhz şəxsi və maddi maraq çərçivəsindən çıxış edirlər. Qrant və maddi gəlir onların öz postlarından ikiəlli yapışmalarına olan danılmaz sübutdur. Buna isə demokratik düşərgə, ya da demokratik siyasi mübarizə adını vermək mümkün deyil.
Xəbər lenti
Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Bir kilo ətin qiymətində bir ailənin hesabı -KÖŞƏ
29 Sentyabr 13:41
İnsanlar niyə özlərini başqalarının gözlərində axtarır? -KÖŞƏ
23 Sentyabr 11:41
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%
Sizin reklam yeriniz
2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



