Son günlər Suriya-Türkiyə münasibətlərini daha da gərginləşdirən hadisələrin baş verməsi dünyanı narahat edir. İki qonşu ölkə arasında böyük müharibənin olması ehtimalı artır. Dünyanın güclü dövlətləri yaranmış vəziyyətlə bağlı bəyanatlar veriblər. Mövqelərin bir-birindən fərqlənməsi regionda risk faktorunu artırır.
Akçaqala hadisəsi dünyanı ayağa qaldırdı
Suriya və Türkiyə faktiki olaraq müharibənin astanasına gəliblər. Şanlıurfada 5 dinc sakinin Suriyadan açılan top atəşi ilə həlak olması vəziyyəti gərginləşdirib. Türkiyə parlamenti silahlı qüvvələrə ölkə sərhədlərindən kənarda hərbi əməliyyat aparmaq hüququ verən qanun layihəsini qəbul etməklə rəsmi Ankaranın məsələyə çox ciddi yanaşdığını ortaya qoydu.
Türkiyə rəhbərliyi Suriyaya hərbi müdaxilənin hər an ola biləcəyi haqqında bəyanatlar verir. Qərbin siyasi dairələri bunun reallaşması ehtimalını istisna etmirlər. Ankaranın BMT və NATO-ya müraciət etməsindən sonra dünyanın böyük dövlətləri hadisəyə reaksiya verdilər. Qərb dövlətləri Ankaranı dəstəkləyən bəyanatlar səsləndirdilər. ABŞ, Britaniya və Fransanın mövqeyi birmənalıdır. Onlar bu məsələdə tamamilə Türkiyənin yanında olduqlarını bildirdilər.
Rusiya və Çinin mövqeyi də böyük maraq doğurur. Ümumilikdə Akçaqalaya top atəşinin açılmasını pisləyən Moskva, Türkiyəni Suriyaya qarşı hərbi tədbir görməkdən çəkinməyə çağırdı. BMT TŞ-dəki müzakirədə isə Türkiyənin təqdim etdiyi sənəddən Dəməşqin qonşu dövlətin təhlükəsizliyini təhdid etməsi ilə bağlı bəndi çıxarmağa nail oldu. Kreml, əslində hiyləgər bir addım atdı.
Xarici işlər naziri Sergey Lavrov dərhal rəsmi Dəməşqin baş verən hadisənin təsadüf olduğunu deməsini və Türkiyədən üzr istəməsinin lazım olduğunu bəyan etdi. Suriya Türkiyədən artıq üzr istəyib.
Pekin də öz növbəsində Ankara və Dəməşqi səbirli olmağa dəvət etdi. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Türkiyənin tələsik addım atmamasını istədiklərini bildirdi. Nazirliyin internet səhifəsində rəsmi Pekin Türkiyə və Suriyanın regionda gərginliyi artıracaq hər hansı bir addım atmaması ilə bağlı çağırış yer alıb.
Türkiyə mediası Rusiya və Çinin hadisəyə münasibətini təqribən "Suriya qərarına rus müdaxiləsi" kimi qiymətləndirir. Moskva və Pekindən aldığı dəstəkdən cəsarətlənən Dəməşq isə ölkənin BMT-dəki nümayəndəsi Bəşər Cəfərinin dili ilə "Suriya bütün qonşuları, o cümlədən Türkiyə ilə yaxşı münasibətlərini saxlamaq niyyətindədir" kimi bəyanat verdi.
Ərəb dövlətləri, qəribə də olsa, Türkiyə ilə Suriya arasında yaranmış gərgin münasibətə müəyyən qədər sakit reaksiya verdi. London Universitetinin Yaxın Şərq üzrə mütəxəssisi və BBC-nin analitiki doktor Səid Şehat Misir Xarici İşlər Nazirliyinin klassik soyuqqanlılıq ifadə edən bəyanatından başqa heç bir ərəb dövlətindən səs çıxmadığını dedi.
Misirin Əl-Əhram vəqfinin "Demokratiya" jurnalının baş redaktoru Bəşər əl-Fəttah da BBC-yə verdiyi müsahibədə regionun iki ölkəsi arasında müharibənin olmasını Qahirənin arzulamadığını bildirdi. Çünki bu vəziyyətdə İsrail və İran geosiyasi dividend əldə edəcək. Bu fikir baş verən hadisələrin arxasında gizli əllərin olması haqqında edilən təxminləri gücləndirir. Belə olan halda Türkiyənin Suriya ilə böyük müharibəyə başlaması ehtimalı çox azdır.
Rusiya və Çin qədər İranın da baş verən hadisələrə münasibəti düşündürücüdür. İranın vitse-prezidenti Məhəmməd Rza ilə telefon danışığında baş nazir Rəcəb Tayyib Ərdoğan türk hökumətinin bu məsələdə qətiyyətli mövqe tutduğunu ifadə edib. O, rəsmi Dəməşqin təsadüf adlandırdığı hadisələrin 8 dəfə təkrarlandığını deyib. Son dəfə Suriyadan atılan top mərmisi Hatay vilayətinin Altınüz bölgəsinə düşüb. Özü də bu hadisə Akçaqala olayından sonra baş verib. Ona görə də Türkiyənin özünü müdafiə etmə hüququ var.
Ankaranın qətiyyəti
Böyük dövlətlərin bu cür reaksiyalarına Türkiyə rəhbərliyinin öz münasibəti vardır. Ankara qərarlılıqla parlamentin qəbul etdiyi qanun layihəsi çərçivəsində addımlarını atır. O, Suriyadan Türkiyəyə açılan atəşlərin yerini müəyyənləşdirib, məhv edir. Eyni zamanda, sərhədə əlavə hərbi qüvvələr yerləşdirir.
Rəsmi Dəməşqin üzr istəməsini müsbət qarşılayan Türkiyə hökuməti, həm də ehtiyatı əldən vermir. Belə görünür ki, rəsmi Ankara bu məsələdə səbir kasasının daşdığını dünyaya nümayiş etdirir.
Meydana hər kəsi düşündürən sual çıxır: Yaxın Şərqdə müharibəmi başlayır? Qərbin bir sıra analitikləri bunu real sayır və proqnozlar verirlər. Məsələn, ABŞ-ın Hudson İnstitutunun Siyasi-hərbi analizlər Mərkəzinin direktoru Riçard Veyts Türkiyə ordusunun parçalanmış Suriya ordusunu məğlub edə biləcəyini söyləyir.
Onun fikrincə, Türkiyə Suriyanın ərazisinin böyük hissəsini işğal edə və oradakı ixtilafları aradan qaldıra bilər. Lakin bundan sonra Ankaranın böyük maliyyə xərclərinin olacağını proqnozlaşdırır. Qərbin bu məsələdə türklərə dəstək verməsi ehtimalının az olduğunu ifadə edir. Hətta belə bir dəstək olsa belə, əsas ağırlıq türk əsgərinin üzərinə düşəcək.
Bunlar Qərbin Ankaranın qətiyyətli olduğunu başa düşdüyünü göstərir. Ona görə də müharibə olacağı halda regionda geosiyasi proseslərin hansı istiqamətdə inkişaf edəcəyi məsələsi ekspertləri düşündürür. Burada bir neçə variantı nəzərə almaq lazım gəlir.
Ancaq hər bir halda Türkiyənin Suriya ərazisində hərbi əməliyyata başlaması bütövlükdə regionda risk faktorunu artıracaq. Belə bir vəziyyətdən Ankaranın necə çıxacağı haqqında birmənalı fikir bildirmək çətindir.
Bundan başqa, yaranmış vəziyyətdən İsrail və İranın dərhal öz xeyri üçün istifadə edəcəyinə şübhə yoxdur. Yəni onlar Türkiyənin uzun müddət müharibə aparmasına çalışacaqlar. Bunun iki səbəbi ola bilər. Birincisi, İsrail və İran regiondakı əsas rəqiblərini zəiflədirlər. İkincisi, yaranacaq geosiyasi gərginlik Qərb üçün həm İsrail-Fələstin münaqişəsini, həm də İranın nüvə proqramını arxa plana atacaq.
Hadisələrin bu istiqamətdə inkişafı Rusiyanı tam qane etmir. Çünki bu halda Moskva Yaxın Şərqdə Türkiyənin timsalında qazanmaq istədiyi yeni güclü tərəfdaşı itirmək təhlükəsi ilə üzləşir. Lakin Rusiya Qərbin, o cümlədən NATO-nun Yaxın Şərqdə başının bərk qarışmasından geosiyasi dividend götürə bilər. Eyni zamanda, İranın mümkün hərbi zərbələrdən yayınması şansının artması Kremli qane edir.
Pekin üçün isə demək olar ki, ideal geosiyasi şərait yaranmış olur. Çin Amerikanın Yaxın Şərq məsələsində "ləngiməsindən" əlavə vaxt qazanır. Onun Rusiya kimi geosiyasi rəqibi də xeyli dərəcədə bu hadisələrə "bağlanır". Bu, Pekinin Uzaq Şərq və Mərkəzi Asiyada təsir gücünü yüksəltməsi üçün ona əlavə şans verir.
Beləliklə, Ankaranın qətiyyəti bir tərəfdən Türkiyə dövlətinin mövqeyini birmənalı ifadə edir. Digər tərəfdən isə regionda əvvəlcədən proqnozlaşdırılmayan və türk dövlətinin xeyrinə olmayan proseslərin başlamasına səbəb ola bilər. Ona görə də Ankara son dərəcə səbir və ehtiyatla davranmalıdır. Hər zaman dövləti maraq keçici qürurdan üstün tutulmalıdır.
Otto Bismarkın bir maraqlı fikri var: "Siyasət yaranmış hər bir vəziyyətə uyğunlaşmaq və hətta ürəkbulandıran hər bir şeydən fayda götürmək məharətidir". Türkiyə kimi böyük dövlətlər təbii ki, bunu çox yaxşı bilirlər. Ancaq məsələ ondan ibarətdir ki, indi Yaxın Şərqdə "ürəkbulandıran" dövlətlərin sayı çoxdur.
Xəbər lenti
AFFA-da yeni təyinatlar olub
İdman 03:22Ulduz futbolçu məhkəmə qarşısında
İdman 02:21Fransa məhkəməsindən Kim Kardaşyanı 1 avroluq TƏZMİNAT...
Şou-Biznes 02:02Ankarada FETÖ üzvü yaxalanıb
Dünya 01:20Bu ölkədə daşqınlar nəticəsində ölənlərin sayı 1400-ə çatıb
Dünya 15 Sentyabr 23:19"Mütləq lənətlənəcək" - Zaxarova Paşinyanı hədəf aldı
Dünya 15 Sentyabr 23:03Ronaldo hazırkı klubunu satın alır? - İDDİA
İdman 15 Sentyabr 22:31DİQQƏT - bu marşrut avtobuslarının dayanacaq məntəqələrində dəyişiklik edilib
Sosial 15 Sentyabr 22:19"Bu nəzarət altında həyata keçirilməlidir" - Bill Qeytsdən süni intellekt AÇIQLAMASI
Dünya 15 Sentyabr 22:021400 kilometr məsafə qət edə bilən elektrikli Volkswagen...
Texnologiya 15 Sentyabr 21:51KATERINA KVIT FW’26-da dəri və saçaqları yenidən təsəvvür edir...
Dəb 15 Sentyabr 21:28Türkiyə rus turistlərindən milyonlarla gəlir itirir…
Turizm 15 Sentyabr 21:07“Makronun arvadı hələ də kişidir”..?
Dünya 15 Sentyabr 20:51Tramp bu qarışıqlığı özü başlatdı...
Dünya 15 Sentyabr 20:28Kiyevin ABŞ-da təşəbbüsü ələ keçirmək şansı var...
Dünya 15 Sentyabr 20:06Putinin müharibəsi Rusiya elitası üçün getdikcə daha baha başa gəlir
Dünya 15 Sentyabr 19:49“Qalatasaray”ın yarımmüdafiəçisi Rusiya milli komandasına dəvət alıb
İdman 15 Sentyabr 19:32“Ukrayna lazım olan hər şeyi əldə edərsə, qalib gələcək...”
Dünya 15 Sentyabr 19:28Pentaqon: Güclü Ukrayna Avropanın təhlükəsizliyinin açarıdır...
Dünya 15 Sentyabr 19:06“Bu, Kremlin müharibədə məğlubiyyətinin başlanğıcı olacaq”
Dünya 15 Sentyabr 18:51Skott Bessent: ABŞ İran təhdidini bitirir...
Dünya 15 Sentyabr 18:37Rusiyada texnokratlarla FTX arasında mübarizə qızışır...
Dünya 15 Sentyabr 18:27Azərbaycan-İsveçrə Birgə Komissiyasının 10-cu iclası keçirilib
İqtisadiyyat 15 Sentyabr 18:19Yardımlı Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib...
Sosial 15 Sentyabr 18:12Putin Rusiya Federasiyasını strateji çıxılmaz vəziyyətə saldı...
Dünya 15 Sentyabr 18:05"İslam dünyasına qarşı elan olunmamış müharibə gedir"
Siyasət 15 Sentyabr 18:01Pərviz Şahbazov Satya Srinivası ilə görüşüb
İqtisadiyyat 15 Sentyabr 17:56"Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik"
Siyasət 15 Sentyabr 17:41"Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik"
Siyasət 15 Sentyabr 17:29Sabirabadda uşaq ölü doğulub
Sosial 15 Sentyabr 17:27Dünənin, bu günün və gələcəyin partiyası
Siyasət 15 Sentyabr 17:21“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
Sosial 15 Sentyabr 17:20Müasir Azərbaycan öz tarixinin ən qüdrətli dövrünü yaşayır
Siyasət 15 Sentyabr 17:12YAP Yardımlı rayon təşkilatının XI konfransı keçirilib
Siyasət 15 Sentyabr 17:09Sülhə aparan yol yeni reallıqlardan keçir - ŞƏRH
Siyasət 15 Sentyabr 17:07Roblox uşaqlar üçün sadəcə oyun deyil: valideynlərin bilmədiyi təhlükələr və yeni qaydalar - ARAŞDIRMA
Texnologiya 15 Sentyabr 17:00YAP zəngin inkişaf yolu keçib
Siyasət 15 Sentyabr 16:37Güclü iradə, aydın məqsəd, parlaq gələcək!
Siyasət 15 Sentyabr 16:26Mərkəzi Gömrük Hospitalında “Fetal Təbabət” üzrə Master-klass keçiriləcək.
Səhiyyə 15 Sentyabr 16:09“15 sentyabr 1918-ci il Bakının azad edilməsi, Azərbaycan tarixinin ən parlaq nümunəsidir” -ŞƏRH
Siyasət 15 Sentyabr 16:06Qlobal PR: Müxtəlif ölkələrdə ictimaiyyətlə əlaqələr necə dəyişir?
Səhiyyə 15 Sentyabr 16:01“Bakının azadlığı Azərbaycan-Türkiyə qardaşlığının tarixi dönüş nöqtəsi oldu” -ŞƏRH
Siyasət 15 Sentyabr 15:58“Həkim məsləhəti” rubrikamızda
Səhiyyə 15 Sentyabr 15:50“Bakı-Tbilisi-Qars dəmir yolu Orta Dəhlizin ən mühüm komponentlərindən biridir” -HAKAN FİDAN
Siyasət 15 Sentyabr 15:44Azercell Könüllüləri yeni tədris ili ərəfəsində məktəblilərə dəstək oldu
Sosial 15 Sentyabr 15:31“Türkiyə Azərbaycan və Ermənistan arasında gedən normallaşma prosesini yaxından izləyir” -HAKAN FİDAN
Siyasət 15 Sentyabr 15:10“Türkiyə Rusiya-Ukrayna müharibəsi başlayandan bəri öz mövqeyini ortaya qoyub” -HAKAN FİDAN
Siyasət 15 Sentyabr 15:06“İranda baş verən hadisələr Azərbaycan və Türkiyəyə də təsir edir” -HAKAN FİDAN
Siyasət 15 Sentyabr 14:58"Hörmüz böhranı Azərbaycanın enerji və tranzit imkanlarını gücləndirə bilər" - İQTİSADÇI
İqtisadiyyat 15 Sentyabr 14:52“Naxçıvanı Türkiyə ilə birləşdirəcək yeni layihələr strateji əhəmiyyət daşıyır“ -CEYHUN BAYRAMOV
Siyasət 15 Sentyabr 14:51“Təhlükəsiz addımlar: mina təhlükəsinə dair maarifləndirmə təşəbbüsləri” - LAYİHƏ
Sosial 15 Sentyabr 14:48“Hazırda Azərbaycanda 4 mindən çox türk şirkəti fəaliyyət göstərir“ -CEYHUN BAYRAMOV
Siyasət 15 Sentyabr 14:47"Diplomatik səfərlər Azərbaycanın postmünaqişə reallıqlarını dünyaya təqdim edir" - MİLLƏT VƏKİLİ
Siyasət 15 Sentyabr 14:41“Azərbaycan və Türkiyə arasında təmaslar müntəzəm şəkildə həyata keçirilir” -CEYHUN BAYRAMOV
Siyasət 15 Sentyabr 14:40"Fizioterapiyaya müraciət edən pasiyentlərin etdiyi 7 əsas səhv" - HƏKİM
Səhiyyə 15 Sentyabr 14:32"Yeni tədris ilində uşağın nəticəsindən əvvəl onun ritminə diqqət etmək lazımdır"
Sosial 15 Sentyabr 14:23ABŞ sursat çatışmazlığını etiraf edib
Dünya 15 Sentyabr 14:21ABŞ Səudiyyə və Misirin iştirakı ilə husilərə qarşı yeni koalisiya yaradır
Dünya 15 Sentyabr 13:53Ukrayna ordusu yaşayış məntəqəsini işğaldan azad etdi
Dünya 15 Sentyabr 13:51Rusiya Belarusu Ukraynada uzunmüddətli müharibəyə hazırlayır
Dünya 15 Sentyabr 13:49Azərbaycan I yarımildə xalis maliyyə öhdəliklərini 260 milyon dollardan çox artırıb
İqtisadiyyat 15 Sentyabr 13:28Azərbaycanın turizm xidmətləri balansında I yarımildə 47 milyon dollarlıq profisit yaranıb
İqtisadiyyat 15 Sentyabr 13:25Azərbaycan İtaliyaya birbaşa investisiya qoyuluşunu 310 dəfə artırıb
İqtisadiyyat 15 Sentyabr 13:19"Məktəblərdə süni intellektdən düzgün istifadə etmək vacibdir" - TƏHSİL EKSPERTİ
Təhsil 15 Sentyabr 12:32Cəhənnəm sanksiyaları: Qanun layihəsi komitədən keçdi
Dünya 15 Sentyabr 11:48Demokratlar Respublikaçılardan öndədir - SORĞU
Siyasət 15 Sentyabr 11:44Nitq ləngiməsi olan uşaqlarla, autizmli uşaqları necə fərqləndirək? -ARAŞDIRMA
Sosial 15 Sentyabr 10:49ABŞ Moskvanın maliyyəsinə gözlənilməz zərbə vurdu...
Dünya 15 Sentyabr 10:42”Ermənistanın sülhlə bağlı mövqeyi səmimi deyil” -DEPUTAT DANIŞDI
Siyasət 15 Sentyabr 10:33Mağazada təsadüfən qırılan məhsulun pulunu müştəri ödəməlidir? -HÜQUQŞÜNAS DANIŞDI
Sosial 15 Sentyabr 10:11“Məqsəd yalnız bilikli gənclər yetişdirmək deyil, onların ideyalarını reallaşdırmaqdır” -DEPUTAT DANIŞDI
Siyasət 15 Sentyabr 10:03Bu gün Azərbaycanda Bilik Günüdür
Təhsil 15 Sentyabr 05:04Türkiyədə 1613 şübhəli şəxs saxlanılıb- nazirdən PAYLAŞIM
Dünya 15 Sentyabr 04:06ABŞ Rusiyanın ikinci böyük bankına sanksiya tətbiq etdi
İqtisadiyyat 15 Sentyabr 03:22Netanyahu gələn həftə ABŞ-a səfərə gedəcək
Dünya 15 Sentyabr 03:05"Kurtlar Vadisi"nin ssenaristləri dindirildi - ölüm işinə görə...
Şou-Biznes 15 Sentyabr 02:21Hikmət Hacıyev görüş keçirib
Siyasət 15 Sentyabr 02:02Bu gün Yasamalın 8 küçəsində qaz olmayacaq- XƏBƏRDARLIQ
Sosial 15 Sentyabr 01:20"Belə tənqidi qəbul etmirəm" - Dambrauskasdan AÇIQLAMA
İdman 15 Sentyabr 01:03Bərdədə dəhşətli yol qəzası olub - ölən var
Hadisə 15 Sentyabr 00:21"ABŞ bu məsələyə xüsusi diqqət yetirir" - Vensdən AÇIQLAMA
Dünya 15 Sentyabr 00:03Milli mətbəximizin təbliğinə töhfə verən şef...
Sosial 14 Sentyabr 23:25"Razılaşmaya hazırıq " - Zelenskidən BƏYANAT
Dünya 14 Sentyabr 23:19Bakıda ana və oğlu motosiklet qəzasında öldü
Hadisə 14 Sentyabr 23:01İrəvanda Avropa Birliyinin xüsusi nümayəndəsi ilə görüş keçirilib
Dünya 14 Sentyabr 22:31"Sabah" Sumqayıtdan qələbə ilə qayıdır
İdman 14 Sentyabr 22:19Bakıda 12 yaşlı uşaq "Roblox"a görə özünü binadan atıb - Baş Prokurorluq məlumat yaydı
Hadisə 14 Sentyabr 22:03Hərracda 300 köhnə avtomobildən ibarət böyük bir kolleksiya satılacaq
Texnologiya 14 Sentyabr 21:51Uzunömürlülüyün gözlənilməz bir sirri aşkar edilib...
Sosial 14 Sentyabr 21:27Möminlərə Musa peyğəmbərin əsasının bir parçası göstərilib...
Sosial 14 Sentyabr 21:07Qaradağ rayonunda 600-dən yüksək bal toplayan 48 abituriyentlə görüş keçirilib
Siyasət 14 Sentyabr 20:53Lukaşenko bir daha dollara qarşı çıxış etdi…
Dünya 14 Sentyabr 20:49Ukrayna Rusiyanın kritik infrastrukturuna zərbələri dayandırmağa hazırdır
Dünya 14 Sentyabr 20:34Qallyamov: Kreml müharibə məsələsində iki yerə bölünüb...
Dünya 14 Sentyabr 20:27Özəl xəbərlər
Digər xəbərlərRoblox uşaqlar üçün sadəcə oyun deyil: valideynlərin bilmədiyi təhlükələr və yeni qaydalar - ARAŞDIRMA
Texnologiya 15 Sentyabr 17:00“15 sentyabr 1918-ci il Bakının azad edilməsi, Azərbaycan tarixinin ən parlaq nümunəsidir” -ŞƏRH
Siyasət 15 Sentyabr 16:06“Bakının azadlığı Azərbaycan-Türkiyə qardaşlığının tarixi dönüş nöqtəsi oldu” -ŞƏRH
Siyasət 15 Sentyabr 15:58"Hörmüz böhranı Azərbaycanın enerji və tranzit imkanlarını gücləndirə bilər" - İQTİSADÇI
İqtisadiyyat 15 Sentyabr 14:52"Diplomatik səfərlər Azərbaycanın postmünaqişə reallıqlarını dünyaya təqdim edir" - MİLLƏT VƏKİLİ
Siyasət 15 Sentyabr 14:41"Fizioterapiyaya müraciət edən pasiyentlərin etdiyi 7 əsas səhv" - HƏKİM
Səhiyyə 15 Sentyabr 14:32
Redaktorun seçimi
1400 kilometr məsafə qət edə bilən elektrikli Volkswagen...
15 Sentyabr 21:51
KATERINA KVIT FW’26-da dəri və saçaqları yenidən təsəvvür edir...
15 Sentyabr 21:28
Türkiyə rus turistlərindən milyonlarla gəlir itirir…
15 Sentyabr 21:07
“Makronun arvadı hələ də kişidir”..?
15 Sentyabr 20:51
Tramp bu qarışıqlığı özü başlatdı...
15 Sentyabr 20:28
Köşə yazıları
Şəhərə qayıdan məktəb səsi… -KÖŞƏ
14 Sentyabr 12:10
“Reytinq bu günün rəqəmidir, elm isə sabahın taleyidir” -KÖŞƏ
10 Sentyabr 15:29
70 milyonluq rüşvət, məbləğ arta bilər - KÖŞƏ
4 Sentyabr 15:57
Populyar
Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib
11 Sentyabr 13:23
Azercell Könüllüləri yeni tədris ili ərəfəsində məktəblilərə dəstək oldu
15 Sentyabr 15:31
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9763
+0,12%
-
GBP
2,3017
+0,20%
-
RUB
1,9710
-0,09%
Sizin reklam yeriniz
2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



