İlham Əliyev: "Silahlı Qüvvələr NATO standartlarına uyğunlaşdırılacaq, NATO ilə əməkdaşlıq dərinləşəcək"
Azərbaycan NATO əməkdaşlığının tarixi 1992-ci ilin mart ayına təsadüf edir. Rəsmi səviyyədə isə əlaqələr 1994-cü ildən, ulu öndər Heydər Əliyevin prezidentliyi dönəmində, 4 may tarixində Sülh Naminə Tərəfdaşlıq Çərçivə Sənədi imzalaması ilə qoyulub.
Azərbaycana yol göstərən aydın baxışın ifadəsi
Ümummilli lider Heydər Əliyevin SNT Çərçivə Sənədinin imzalanması günü ifadə etdiyi "Müstəqilliyini yeni əldə etmiş bir ölkə kimi Azərbaycan Sülh naminə Tərəfdaşlıq (SNT) Proqramında iştirakda qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün böyük imkanlar görür" cümləsi Avropa və Avro-Atlantika inteqrasiyasında Azərbaycana yol göstərən aydın baxışın bir ifadəsi idi. Ötən illər ərzində Azərbaycan NATO ilə qətiyyət, anlayış və konseptual yetkinliyi ilə xarakterizə edilən tərəfdaşlıq qurub. Azərbaycan post-Sovet məkanında SNT/Qüvvələrin Statusu haqqında Saziş (SOFA) və Planlaşdırma və Analiz Prosesinə (PAP) ilk qoşulan ölkələrdən olub. NATO-nun çevik əməkdaşlıq mexanizmləri, ələlxüsus, Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP), geniş islahat gündəliyi izləməyə imkan verən qiymətli vasitələrdir. Məhz praktiki əməkdaşlıq sayəsində ölkəmiz öz hədəflərinə çatır, uğur qazanır və daima yeni hədəflər müəyyənləşdirir. FTƏP prosesi vasitəsi ilə nail olduğumuz davamlı tərəqqi bunu bir daha sübut edir.
Sülhə-dəstək əməliyyatlarına əhəmiyyətli töhfə
Azərbaycan, NATO-nun başçılığı altında aparılan sülhə-dəstək əməliyyatlarına qüvvələr göndərməklə 1999-cu ildən 2008-ci ilədək Kosovada KFOR-un tərkibində və 2002-ci ildən terrorizmlə mübarizə və Əfqanıstanda bərpa işlərində iştirak üçün ISAF-a qoşulmaqla Avro-Atlantik təhlükəsizliyə əhəmiyyətli töhfəsini verir. Azərbaycan Əfqanıstanda sülh və sabitliyin bərqərar olunması üzrə NATO çərçivəsində və digər beynəlxalq siyasi proseslərdə yaxından iştirak edir və Əfqanıstan hökuməti ilə müntəzəm təmaslar saxlayır.
Azərbaycan prezidenti İlham Əliyev bu ilin mayın 21-də ABŞ-ın Çikaqo şəhərində keçirilən NATO-nun 25-ci sammitində çıxış edərək Azərbaycanın ilk illərdən Əfqanıstanda sülhün və təhlükəsizliyin təmin olunmasında bütün səylərini ortaya qoyduğunu vurğulamış, bu sahədə fəallığı ilə seçildiyini bildirib.
Qeyd edək ki, Azərbaycan hazırda 94 hərbi qulluqçusu ilə Əfqanıstanda həyata keçirilən sülhyaratma əməliyyatlarında iştirak edir.
NATO standartlarına inteqrasiya
Hər il Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri SNT çərçivəsində keçirilən 300-dən artıq təlim və seminarda iştirak edirlər. Təlimlərdə iştirak Azərbaycan Silahlı Qüvvələri zabitlərinin bilik və vərdişlərinin artırılmasına yardım edir, ümumilikdə isə ölkənin NATO standartlarına inteqrasiyası üçün zəmin yaradır. Müdafiə Nazirliyi ilə yanaşı, digər müvafiq dövlət təşkilatları da, mütəmadi olaraq Fərdi Tərəfdaşlıq Proqramının (FTP) planlaşdırılması və yerinə yetirilməsi prosesinə cəlb olunurlar.
1997-ci ildən etibarən, Azərbaycan Silahlı Qüvvələrinin hərbi təhsil müəssisələri ATO standartlarına uyğun təhsil proqramı ilə hərbi kadrlar hazırlayır. 2007-ci ildən isə Silahlı Qüvvələrin Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin ştat strukturu NATO standartlarına uyğunlaşdırılmış, bütün təlimlər, hazırlıq proqramları NATO sənədləri və proseduraları əsasında həyata keçirilir
Tərəfdaşlıq sırf hərbi məsələlərlə məhdudlaşmır
Müfəssəl xarakterə malik Azərbaycan-NATO tərəfdaşlığı sırf hərbi məsələlər ilə yanaşı elm, təhsil, ekologiya və humanitar məsələləri də əhatə edir. 2006-2008-ci illərdə NATO maliyyəsi və ekspertizası ilə Mingəçevir və Ələt ərazisində keçmiş sovet ordusundan qalma 1400 ton, vaxtı keçmiş, yüksək zəhərli raket yanacağının zərərsizləşdirilməsi üzrə 2.2 milyon avro məbləğində layihə həyata keçirib.
Növbəti bu tipli layihə NATO və tərəfdaş ölkələrin təşkil etdiyi könüllü maliyyələşmə fondu ilə Ağstafa rayonunun Saloğlu qəsəbəsi yaxınlığında 4400 hektarlıq ərazinin keçmiş sovet ordusundan qalma partlamamış hərbi sursatlardan təmizlənməsi və həmin sursatların zərərsizləşdirilməsinə xidmət edir.
Proqram və sənədlər çərçivəsində əməkdaşlıq
Bununla yanaşı, Azərbaycan NATO ilə Əməliyyat İmkanları Konsepsiyası (OOC), Terrorizm Əleyhinə Tərəfdaşlığın Fəaliyyət Planı, Müdafiə Təsisatlarının Qurulması üzrə Tərəfdaşlığın Əməliyyat Planı (PAP — DİP), "NATO-nun Silahlı Qüvvələrdə Hərbi Təlim və Təhsil sahəsinin təkmilləşdirilməsi" proqramı və başqa sənədlər çərçivəsində əməkdaşlıq edir.
SNT əməkdaşlığının birinci səviyyəsi - FTP tərəfdaş ölkənin qoşulmaq istədiyi fəaliyyətlərin geniş siyahısını özündə əks etdirir. Bu sənəddə əsas diqqət isə tərəfdaş ölkənin hərbi qulluqçularının NATO tərəfindən keçirilən manevrlərdə iştirakına yönəldilir. SNT-nin işlək mexanizmlərindən biri olan FTP geniş sahəli tədris və təlim imkanlarını əhatə edir. Hər il bu çərçivədə Azərbaycan Silahlı Qüvvələrinin 1000-dən çox nümayəndəsi müxtəlif hərbi sahələr üzrə tədris və təlimlərdə iştirak edir.
SNT əməkdaşlığının ikinci səviyyəsi — Proseslərin Planlaşdırılması və Analizi Proqramı (PAP) NATO-nun çoxmillətli əməliyyatlarında, təlimlərində iştirak etmək niyyətində olan tərəfdaş ölkənin Silahlı Qüvvələrinin və ümumiyyətlə, müdafiə sahəsinin qiymətləndirilməsini nəzərdə tutur.
Ən işlək sənəd - FTƏP
2005-ci ilin may ayında Azərbaycanla NATO arasında əməkdaşlıqda mühüm hadisə baş verdi. Əslində bu, SNT əməkdaşlığının üçüncü səviyyəsi - Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planının (FTƏP) imzalanması ilə bağlı idi. FTƏP bu gün ən işlək sənəd hesab edilir. FTƏP NATO-nun 2002-ci ilin noyabrında Praqada keçirilən sammitində tərəfdaş dövlətlər üçün açıq elan edilib. FTƏP sənədi tərəfdaş dövlətlərin müdafiə və təhlükəsizlik sektorunun NATO-ya inteqrasiyası istiqamətində konkret tədbirləri əks etdirir.
Bu ilin aprel ayında alyansın baş katibi Anders Foqh Rasmussenlə görüşündə prezident İlham Əliyev bəyan etdi ki, Silahlı Qüvvələr NATO standartlarına uyğunlaşdırılacaq, NATO ilə əməkdaşlıq dərinləşəcək, ən əsası Azərbaycan Əfqan milli qüvvələrinin formalaşdırılması üçün yaradılan etimad fonduna maliyyə dəstəyi verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Bu gün Azərbaycanda Bilik Günüdür
Təhsil 05:04ABŞ Rusiyanın ikinci böyük bankına sanksiya tətbiq etdi
İqtisadiyyat 03:22Netanyahu gələn həftə ABŞ-a səfərə gedəcək
Dünya 03:05"Kurtlar Vadisi"nin ssenaristləri dindirildi - ölüm işinə görə...
Şou-Biznes 02:21Hikmət Hacıyev görüş keçirib
Siyasət 02:02Bərdədə dəhşətli yol qəzası olub - ölən var
Hadisə 00:21Milli mətbəximizin təbliğinə töhfə verən şef...
Sosial 14 Sentyabr 23:25"Razılaşmaya hazırıq " - Zelenskidən BƏYANAT
Dünya 14 Sentyabr 23:19Bakıda ana və oğlu motosiklet qəzasında öldü
Hadisə 14 Sentyabr 23:01İrəvanda Avropa Birliyinin xüsusi nümayəndəsi ilə görüş keçirilib
Dünya 14 Sentyabr 22:31"Sabah" Sumqayıtdan qələbə ilə qayıdır
İdman 14 Sentyabr 22:19Bakıda 12 yaşlı uşaq "Roblox"a görə özünü binadan atıb - Baş Prokurorluq məlumat yaydı
Hadisə 14 Sentyabr 22:03Hərracda 300 köhnə avtomobildən ibarət böyük bir kolleksiya satılacaq
Texnologiya 14 Sentyabr 21:51Uzunömürlülüyün gözlənilməz bir sirri aşkar edilib...
Sosial 14 Sentyabr 21:27Möminlərə Musa peyğəmbərin əsasının bir parçası göstərilib...
Sosial 14 Sentyabr 21:07Qaradağ rayonunda 600-dən yüksək bal toplayan 48 abituriyentlə görüş keçirilib
Siyasət 14 Sentyabr 20:53Lukaşenko bir daha dollara qarşı çıxış etdi…
Dünya 14 Sentyabr 20:49Ukrayna Rusiyanın kritik infrastrukturuna zərbələri dayandırmağa hazırdır
Dünya 14 Sentyabr 20:34Qallyamov: Kreml müharibə məsələsində iki yerə bölünüb...
Dünya 14 Sentyabr 20:27“İran və Rusiya hərbi inkişaf üçün süni intellektdən istifadə ediblər”
Dünya 14 Sentyabr 20:05Ukraynanın bu ilki əsas qələbəsi Kremlin yalanlarını üzə çıxardı...
Dünya 14 Sentyabr 19:51“Moskva Belarusu Avropaya təzyiq göstərmək üçün bir vasitəyə çevirir”
Dünya 14 Sentyabr 19:27“Ozero” kooperativi hakimiyyətini itirir...
Dünya 14 Sentyabr 19:05Si Cinpin Putinin Kim Çen Inla yaxınlaşmasından narahatdır...
Dünya 14 Sentyabr 18:51Azərbaycanla BƏƏ arasında sənədlər imzalanıb
Siyasət 14 Sentyabr 18:35İlham Əliyev Şeyx Tahnun bin Zayed Al Nəhyanı qəbul edib
Siyasət 14 Sentyabr 18:33Polşa təhlükəsizlik xərclərini əhəmiyyətli dərəcədə artıracaq...
Dünya 14 Sentyabr 18:27“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı
İdman 14 Sentyabr 18:18Qardaşını qətlə yetirən Xasay Quliyev azadlıqdan məhrum edilib
Hadisə 14 Sentyabr 18:14The Guardian: Rusiya seçkilərinin arxasında Kremlin qorxusu dayanır
Dünya 14 Sentyabr 18:06"Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
Hadisə 14 Sentyabr 18:02Bakıda dövlət qurumlarında dəyişkən iş qrafiki tətbiq olunacaq
Sosial 14 Sentyabr 17:59“Bizim bir ailəmiz var, o da Türk dünyasıdır”
Mədəniyyət 14 Sentyabr 17:5360 yaşdan sonra bu qidaları yeməyin - MÜTƏXƏSSİSLƏR XƏBƏRDARLIQ EDİR
Səhiyyə 14 Sentyabr 16:57Azərbaycanın tərəqqi yolu yeni uğurlarla davam edir
Siyasət 14 Sentyabr 16:51Yeni Azərbaycan Partiyası inam və etimad ünvanıdır
Siyasət 14 Sentyabr 16:47Test sistemi şagirdləri robotlaşdırır? - EKSPERT AÇIQLADI
Təhsil 14 Sentyabr 16:40Sabitlik və inkişaf gələcəyə inam yaradır
Siyasət 14 Sentyabr 16:18"Süni intellektdən istifadə edən şagirdlərin sayı artır" - TƏHSİL EKSPERTİ
Təhsil 14 Sentyabr 15:48Azərbaycanda doğum sayının azalmasının əsas səbəbi nədir? - HƏKİM AÇIQLADI
Səhiyyə 14 Sentyabr 15:39Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? - HƏKİM AÇIQLADI
Səhiyyə 14 Sentyabr 15:02İstehlakçılar kiçik mağazalardan daha çox iri ticarət mərkəzlərinə niyə üz tutur? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 14 Sentyabr 14:51Uğurlu siyasət növbəti qələbələrə yol açır
Siyasət 14 Sentyabr 14:40"Polşa sərhədində gərginlik Avropanın təhlükəsizlik arxitekturasını dəyişə bilər" - POLİTOLOQ
Siyasət 14 Sentyabr 14:37Yeni reallıqlar yeni imkanlar yaradır
Siyasət 14 Sentyabr 14:36Beynəlxalq güclərin şahmat taxtası - RAKURS
Siyasət 14 Sentyabr 14:34TikTok-da təhlükəli davranışları çəkib paylaşmaq niyə trendə çevrilir?
Sosial 14 Sentyabr 14:33Xalq-iqtidar birliyi sarsılmaz təməllərə söykənir
Siyasət 14 Sentyabr 14:15Əndazəsini aşan TOYLAR – bu gedişlə hara gedirik?
Sosial 14 Sentyabr 14:02"AMB-nin BOKT-larla bağlı yeni tələbləri maliyyə bazarının sağlamlaşdırılmasına xidmət edir"
İqtisadiyyat 14 Sentyabr 13:46YAP ölkənin ictimai-siyasi həyatında əvəzsiz rol oynayır
Siyasət 14 Sentyabr 13:42Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?
Səhiyyə 14 Sentyabr 13:39YAP özünü qələbələr partiyası kimi təsdiqləyib
Siyasət 14 Sentyabr 13:37"Süni intellekt insan əməyini tam əvəz etməyəcək. Keyfiyyət amili ön plana çıxacaq" - İQTİSADÇI
İqtisadiyyat 14 Sentyabr 13:30Korporativ sosial məsuliyyət PR strategiyasının güclü alətidir
Səhiyyə 14 Sentyabr 13:29Mərkəzi Gömrük Hospitalı tibbi innovasiyaların tətbiq olunduğu qabaqcıl səhiyyə ocağıdır
Səhiyyə 14 Sentyabr 13:24Rusiya Ermənistana qaz təchizatını dayandırdı
Siyasət 14 Sentyabr 13:11Yəmən "İqtisadi Ürək"də Zərbə Alına Bilər
Dünya 14 Sentyabr 12:57“ABŞ-ın iqtisadi strategiyası İran rəhbərliyini daha sərt mövqeyə sövq edə bilər” -ŞƏRH
Siyasət 14 Sentyabr 12:14Şəhərə qayıdan məktəb səsi… -KÖŞƏ
Köşə yazıları 14 Sentyabr 12:10"Diplomatların Qarabağ səfəri Azərbaycanın haqq davası üçün əlavə imkanlar yaradır" - SİYASİ ŞƏRHÇİ
Siyasət 14 Sentyabr 12:08Bankomat qarşısında təhlükəsizlik: insanlar daha çox hansı səhvləri edir? - AÇIQLANDI
Sosial 14 Sentyabr 11:58“Böyük Qayıdış çərçivəsində Azərbaycanın təcrübəsi beynəlxalq səviyyədə diqqət çəkir“ -MİLLƏT VƏKİLİ
Siyasət 14 Sentyabr 11:5458 ölkə, 9 beynəlxalq təşkilat: Qarabağa diplomatik səfərin əsas mesajı - MİLLƏT VƏKİLİ
Siyasət 14 Sentyabr 11:44“Ölkə Başçısının BMT ilə bağlı söylədikləri çox ciddi mesajdır” -DEPUTAT DANIŞDI
Siyasət 14 Sentyabr 11:42“Ölkə başçısının elm və təhsilə qayğısı gənclərin inkişafına geniş imkanlar yaradır” -MİLLƏT VƏKİLİ
Siyasət 14 Sentyabr 11:34Ekoloji problemlər qlobal təhlükəyə çevrilir -ARAŞDIRMA
Sosial 14 Sentyabr 11:13Artıq çəki ilə mübarizədə pəhrizlə yanaşı idman məşğələləri də vacibdir - FOTO
Sosial 14 Sentyabr 10:53ABŞ İrana nüvə yanacağı tədarük edəcək?
Dünya 14 Sentyabr 08:56Fransa ABŞ-dən üzr istədi - SƏBƏB?
Dünya 14 Sentyabr 08:33Bakının bu iki rayonu işıqsız qalacaq - XƏBƏRDARLIQ
Sosial 14 Sentyabr 04:06Türkiyənin yeni hipersəs raketi - 250 kilometrdən çox məsafəni vurdu!
Dünya 14 Sentyabr 03:22Zelenski Rusiya təbliğatı aparan keçmiş mətbuat katibinə sanksiya tətbiq etdi
Dünya 14 Sentyabr 03:05Gimnastlarımız Dünya Çempionatında gümüş medal qazanıblar
İdman 14 Sentyabr 02:20Yanacaq bahalığı Macarıstana da çatdı...
İqtisadiyyat 14 Sentyabr 02:03"Kurtlar Vadisi Pusu"nun ssenristləri Prokurorluğa çağırıldı - ŞOK FAKTLAR!
Şou-Biznes 14 Sentyabr 01:20Azərbaycan ilə Braziliya, Türkiyə və Avstraliya arasında mühüm müzakirələr aparılıb - PAYLAŞIM
Siyasət 14 Sentyabr 01:03Tramp indi də İrlandiyaya "göz dikib"...
Dünya 14 Sentyabr 00:22Ulduz aktyor villasını satışa çıxardı - 100 milyon dollara!
Şou-Biznes 14 Sentyabr 00:02İngiltərə derbisini "Mançester Siti" qazandı!
İdman 13 Sentyabr 23:19İsraildən HƏMAS-a ZƏRBƏ - daha 2 üzvü öldürüldü
Dünya 13 Sentyabr 23:03Hakan Fidan Dəməşqdə Əhməd əş-Şara ilə görüşüb
Dünya 13 Sentyabr 22:31“Zirə” və “Qarabağ” yenə "sülhlə" ayrıldılar...
İdman 13 Sentyabr 22:19"Buna imkan verməyəcəyik!" - Səudiyyədən İrana MESAJ
Dünya 13 Sentyabr 22:0430 saniyə ərzində stressi necə aradan qaldırmaq olar..?
Sosial 13 Sentyabr 21:51Ford düşərgə üçün ən yaxşı həlli tapdı...
Texnologiya 13 Sentyabr 21:26Michael Kors Nyu-York Moda Həftəsində zolaqların yeni təfsirini təqdim etdi
Dəb 13 Sentyabr 21:08Mübahisələrdə necə zərif şəkildə qalib gəlməyin yolları açıqlanıb...
Sosial 13 Sentyabr 20:48"Barselona" La Liqa matçında "Levante"ni məğlub etdi...
İdman 13 Sentyabr 20:29Rusiyada hakimiyyətə kim gələcək?
Dünya 13 Sentyabr 20:28Özəl xəbərlər
Digər xəbərlər“Bizim bir ailəmiz var, o da Türk dünyasıdır”
Mədəniyyət 14 Sentyabr 17:5360 yaşdan sonra bu qidaları yeməyin - MÜTƏXƏSSİSLƏR XƏBƏRDARLIQ EDİR
Səhiyyə 14 Sentyabr 16:57Test sistemi şagirdləri robotlaşdırır? - EKSPERT AÇIQLADI
Təhsil 14 Sentyabr 16:40"Süni intellektdən istifadə edən şagirdlərin sayı artır" - TƏHSİL EKSPERTİ
Təhsil 14 Sentyabr 15:48Azərbaycanda doğum sayının azalmasının əsas səbəbi nədir? - HƏKİM AÇIQLADI
Səhiyyə 14 Sentyabr 15:39
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9763
+0,12%
-
GBP
2,3017
+0,20%
-
RUB
1,9710
-0,09%



