Yanvarın 23-də Soçidə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına həsr olunmuş üçtərəfli görüşü başa çatdıqdan sonra prezidentlər bəyan ediblər ki, intensiv danışıqlar nəticəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərinin razılaşdırılması istiqamətində irəliləyiş əldə olunub. Sülh sazişi hazırlanmasına keçidin mühümlüyünü nəzərə alan Azərbaycan və Ermənistan prezidentləri bu günə kimi görülmüş işlər nəzərə alınmaqla əsas prinsiplər üzrə razılaşmaların əldə olunması prosesini sürətləndirməyə hazır olduqlarını bildiriblər.
Qarabağ məsələsi Ermənistan əhalisini narahat etmir
Görüşdə verilən bəyanat müəyyən mənada müsbət çalarları özündə əks etdirsə də qarşı tərəfin bəyanatda razılaşdırılmış məqamlara sonradan əməl edəcəyi şübhə doğurur. Çünki dəfələrlə Ermənistan əvvəlki görüşdə təklif olunan və razılaşdırılmış məqamlara sonradan əməl etməyib.
Ümumiyyətlə, Dağlıq Qarabağ məsələsi Ermənistanda əhalini narahat edən əsas problem deyil. Bunu Ermənistan hökumətinin keçirdiyi sosioloji sorğu zamanı üzə çıxan faktlar da təsdiqləyib. Ölkə əhalisi üçün Qarabağ ən axırıncı məsələdir. Rəyi soruşulanların böyük hissəsini narahat edən əsas problem Ermənistanı bürüyən işsizlik və kasıblıqdır. "Regnum" agentliyinin xəbərinə görə, hətta Fransanın böyük canfəşanlıqla senatda qəbul etdiyi "erməni soyqırımı" məsələsini rəyi soruşulanların cəmi 1 faizi aktual sayıb. Yerli analitiklərə görə, Ermənistan hökumətinin keçirdiyi rəy sorğusunun nəticələri bu ölkənin işğalçılıq siyasətinin və Qarabağ probleminin həllini indiyədək uzatmasının ölkə əhalisinin mənafelərinə uyğun olmadığını göstərir.
Medvedyevin sonuncu böyük şansı
Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Soçi bəyanatının real nəticələri Rusiya prezidenti Dmitri Medvedyevin növbəti təşəbbüsünün uğursuzluğunu bir daha göstərdi. Soçi görüşündə ciddi irəliləyiş olmadı. Hərçənd ki, bu, D.Medvedyevin təşəbbüsü ilə 4 il müddətində eyni formatda keçirilən 10-cu görüş idi. Yerli analitiklərin fikrincə, yaxın gələcəkdə öz postunu tərk edəcək prezident Dmitri Medvedyevin təşəbbüsü ilə keçirilən görüşdən ciddi nəticə gözləmək çətin idi. Əgər onun səyləri effektiv olsaydı 4 il müddətində özünü göstərərdi. Rusiya həqiqətən münaqişənin nizamlanmasını istəsəydi, Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi məqsədilə Ermənistana təzyiq göstərərdi. Amma təəssüf ki, görüşün sonunda yalnız birgə bəyanat qəbul olundu ki, bu da indiyə qədər olan müzakirələr və əldə olunan nəticələrdən geniş bir şey deyil.
Rusiyalı ekspertlər isə danışıqlar prosesindəki vəziyyəti təhlil edərək bildirir ki, nəticə əldə edilməsi həm münaqişə tərəflərinə, həm Moskvaya lazımdır. Çünki qarşıda hər üç ölkədə seçkilər mövsümü gəlir. Rusiya prezidentinin Qarabağ münaqişəsinin nizamlanmasına dair səyləri səmimi görünür. Çünki bu münaqişənin həlli Rusiyanın milli maraqlarına uyğundur. Bu vasitəçilik Medvedyevin dünya siyasətinə onun Rusiya kimi nəhəngin müstəqil fəaliyyət göstərmək gücündə olan prezidenti kimi təqdim etmək üçün sonuncu böyük şansıdır. O öz prezidentliyi dövründə çox şeylər etmək istəyib, bəzilərini edə bilib, bəzilərini yox. İndiki halda heç bir Putin, heç bir güc strukturu təmsilçiləri onun Qarabağ dair səylərinə mane olmamalıdır. Çünki Azərbaycan və Ermənistanın anlaşma əldə etməsi Rusiyanın maraqlarına uyğundur.
Münaqişənin dondurulmuş vəziyyətdə saxlanılması kimin xeyrinə işləyir?
Xarici ekspertlər isə Rusiyanın heç də münaqişənin həlli üçün bitərəf vasitəçi olmadığını deyirlər. Onların fikrincə, problem ondan ibarətdir ki, ABŞ diplomatik mənada regional inkişaf və təhlükəsizlik məsələlərini ruslara ötürüb. Rusiya isə nəinki diplomatik rol oynayır, həm də erməniləri və azərbaycanlıları silahlarla təmin edir. Moskvanın tərəfləri silahla təmin edərək bitərəf vasitəçi olması mümkün deyil. İsrailli politoloq Aviqdor Eskin də Rusiyanın vasitəçilik missiyasının problemin həllinə yönəldiyinə şübhə edir. Onun fikrincə, Rusiya Qarabağa dair yeni təkliflərlə çıxış etməklə Ermənistanla Azərbaycanı sülhə yaxınlaşdırmaq yox, mövcud status-kvonu saxlamaq istəyir. A.Eskinə görə, Azərbaycanın hərbi və iqtisadi gücünün artması Qarabağda mümkün müharibə zamanı ona üstünlük vəd edir. Rusiya, ABŞ və Fransa isə münaqişənin yenidən alovlanmasının region üçün təsirlərini nəzərə alaraq sakitləşdirici tədbirlər həyata keçirir.
Münaqişənin dondurulmuş vəziyyətdə saxlanılması isə heç bir tərəfin xeyrinə işləmir. Ermənistan indiki durumdan ümumiyyətlə, heç nə qazanmır. İrəvan qeyri-konstruktiv mövqeyinə görə, hamıdan iqtisadi-siyasi əhəmiyyəti olan beynəlxalq layihələrdən təcrid olunub və Qərb üçün başağrısına çevrilib. Onlar uduzurlar, çünki iqtisadiyyatları inkişaf etmir, tənəzzülə uğrayır. Azərbaycan isə torpağının 20 faizinin işğal olunmasına görə, hələ ki, məğlub vəziyyətdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Milli maraqların müdafiəsində medianın rolu
Sosial 10:12İran Trampın oğlunu ölümlə təhdid edir?
Dünya 05:04Elgiz Əkbər "Şadlıq olsun"la yenidən efirə qayıdır
Sosial 04:06"Dünyanın ən xoşbəxt baş məşqçisiyəm"
İdman 03:22Bu ölkədə TikTok CƏRİMƏLƏNDİ
Dünya 03:05Şəhid oğlu xaricdə təhsil alacaq
Sosial 02:02Dehliyə uçan təyyarə Bakıya məcburi eniş edib
Sosial 01:20Bu gün Laçın Şəhəri Günüdür
Sosial 01:03“Sabah” tarix yazdı - 5:2
İdman 00:26Gədəbəydə 53 yaşlı kişini bıçaqlayıb öldürdülər
Hadisə 00:23"Biz Türkiyə əsrinin qurmağa başlamışıq" - Ərdoğan
Siyasət 00:03Batmaq təhlükəsi ilə üzləşmiş şəxs xilas edilib-FHN
Hadisə 25 Avqust 23:31Səidə Mirziyoyeva Azərbaycan Prezidentinin Özbəkistan səfərindən yazdı
Siyasət 25 Avqust 23:19"Sabah" Çempionlar Liqasının əsas mərhələsində - TARİXİ ZƏFƏR! - YENİLƏNİB
İdman 25 Avqust 22:42AQTA bu yağ məhsullarında uyğunsuzluqlar aşkarladı
Sosial 25 Avqust 22:31"Hörmüzdən bütün minalar təmizlənib" - Trampdan PAYLAŞIM
Dünya 25 Avqust 22:19Sabah 9 rayonda işıq olmayacaq - XƏBƏRDARLIQ
Sosial 25 Avqust 22:02Niyə dünya izləyiciləri Hörümçək adamı bu qədər sevirlər?
Mədəniyyət 25 Avqust 21:5140 milyon dollarlıq Ferrari milyarderə üçdə bir az ucuz başa gəldi
Texnologiya 25 Avqust 21:28Yer kürəsinin daxili sirri: nüvə sınaqlarından sonra nələr kəşf edildi..?
Texnologiya 25 Avqust 21:06Nebenzya “Maşa və Ayı” cizgi serialına görə BMT-yə şikayət etdi...
Dünya 25 Avqust 20:51Foreign Affairs: Putin Rusiyanı imperiya mifinə saldı...
Dünya 25 Avqust 20:27Politoloq Rusiyada mütləq baş verəcək bir hadisənin adını çəkdi...
Dünya 25 Avqust 20:08Azərbaycanda həyat sığortası bazarı 9 faizdən çox böyüyüb
İqtisadiyyat 25 Avqust 19:54Foreign Policy: “Taliban”ı çətin günlər gözləyir...
Dünya 25 Avqust 19:48DOST Agentliyində yeni təyinat olub
Sosial 25 Avqust 19:36NI: Putin öz sərhədlərində “Qütb xəncəri”ni qəbul etdi...
Dünya 25 Avqust 19:28Rusiyadan Ermənistana 14 vaqon buğda və 1 vaqon taxta göndərilib
İqtisadiyyat 25 Avqust 19:21Ermənistan hərbçisinin asılmış meyiti tapılıb
Dünya 25 Avqust 19:12Tramp Donald Dakdan nə öyrənə bilərdi?
Dünya 25 Avqust 19:05Azərbaycanda mobil internetin sürəti 100 Mb/s-yə çatıb
Texnologiya 25 Avqust 18:56Putinə qarşı mübarizə qadınların nələrə qadir olduğunu göstərdi...
Dünya 25 Avqust 18:52Media: İranla müharibədə qələbə ABŞ-ı daha da gücləndirəcək
Dünya 25 Avqust 18:32Tramp: Kanada dövlət deyil
Dünya 25 Avqust 18:26Quranda deyildiyi kimi, qarışqalar səslərlə ünsiyyət qururlar...
Sosial 25 Avqust 18:17NSJ: Dronlar Rusiyanı iflic edir və Putin bunun qarşısını ala bilməyəcək
Dünya 25 Avqust 18:06Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi...
Siyasət 25 Avqust 17:37"Azərbaycanın Köçəryan və Sarkisyana ciddi sualları ola bilər"
Siyasət 25 Avqust 17:16"Kolbasa və sosiska alarkən nələrə diqqət etməliyik"? - QİDA MÜTƏXƏSSİSİ
Sosial 25 Avqust 16:31Cənubi Koreya 28 ədəd K2 tankından ibarət ilk partiyanı Polşaya çatdırıb
Dünya 25 Avqust 16:12Litva Prezidenti Ukraynaya 42 milyon avro yardım vədi verib
Dünya 25 Avqust 16:07ABŞ Ontario gölünün adının dəyişdirilməsini planlaşdırır
Dünya 25 Avqust 16:06İspaniya miqrant böhranı yaşayır
Dünya 25 Avqust 16:03Aydın Mirzəzadə müxalifətə səsləndi...
Siyasət 25 Avqust 15:54Ukrayna "Fırtına Kölgəsi" alacaq
Dünya 25 Avqust 15:52İran Trampın oğlunu öldürmək istəyir
Dünya 25 Avqust 15:49Rusiya bu dəfə Türkiyədən benzin alacaq
Dünya 25 Avqust 15:31Yayda buzluq hazırlığı: qışda süfrəyə yayın dadını necə gətirmək olar? - ARAŞDIRMA
Sosial 25 Avqust 15:02AQTA: 158 kq uyğunsuz dondurma məhv edilib
Hadisə 25 Avqust 14:59"Azərişıq" Ağdərənin elektrik təsərrüfatını yenidən qurur
İqtisadiyyat 25 Avqust 14:17Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
İqtisadiyyat 25 Avqust 14:17Fizioterapiya hər kəs üçün təhlükəsizdirmi? - AÇIQLANDI
Səhiyyə 25 Avqust 13:27Azad Laçın yeni inkişaf dövrünə qədəm qoyub - MƏQALƏ
Siyasət 25 Avqust 13:15Sabah Bakıda güclü külək əsəcək
Hadisə 25 Avqust 12:53Hulusi Kılıç: Bakı ilə Daşkənd arasında əməkdaşlıq bütün Türk dünyasının maraqlarına cavab verir
Siyasət 25 Avqust 12:51Qazaxıstanda elektrik skuterlərinin hərəkəti qadağan edilib
Dünya 25 Avqust 12:45Eyni tərkibli dərmanlar niyə fərqli qiymətədir? - HƏKİM AÇIQLADI
Səhiyyə 25 Avqust 12:17Bakı metrosu "Sabah"ın oyunu ilə əlaqədar iş rejimini dəyişdirəcək
Hadisə 25 Avqust 12:03DİN azyaşlının ögey anası tərəfindən zorakılığa məruz qalması faktını araşdırır
Hadisə 25 Avqust 12:01DİM sədri: Bu il ali təhsil müəssisələrinin qəbul planı 97,07 % dolub
Təhsil 25 Avqust 12:00Potensial rəqibləri belə tərəfdaşlara çevirən strategiya - MƏQALƏ
Siyasət 25 Avqust 11:59DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb
Sosial 25 Avqust 10:54Azərbaycan XİN Uruqvayı təbrik edib
Siyasət 25 Avqust 10:53İndoneziyada meşə yanğınları güclənir
Dünya 25 Avqust 10:52Qəzzada İsrailin hücumları nəticəsində azı 7 nəfər öldürülüb
Dünya 25 Avqust 10:43Tramp Kanadadan avtomobil idxalına 50 faizlik yeni gömrük rüsumu tətbiq edəcək
Dünya 25 Avqust 10:34Avstraliya musiqi siyahılarında süni intellektlə yaradılan mahnılara qadağa qoyub
Dünya 25 Avqust 10:29Rusiya Ukraynanın zəif qorunan kritik infrastruktur obyektlərə nəzarəti ələ keçirəcək
Dünya 25 Avqust 10:24Ali Məhkəmədən sələmçilərə çağırış edib: Bu əməliniz ağır hüquqi nəticələrə səbəb ola bilər
Hadisə 25 Avqust 10:19Fransa və Səudiyyə Ərəbistanı 7 milyard dollarlıq layihəyə imza atıb
Dünya 25 Avqust 10:17BMT-dəki ABŞ Rusiya və Ukraynanı danışıqlara çağırıb
Dünya 25 Avqust 10:15KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq
İqtisadiyyat 25 Avqust 10:13İran mənim oğullarımdan birini öldürməyə çalışdı - Netanyahu
Dünya 25 Avqust 10:13Şahbuzda meşəlik ərazidə “yanğının söndürülməsi” əməliyyatları yerinə yetirilib
Hadisə 25 Avqust 10:12ABŞ Suriyanı “terrorizmi dəstəkləyən dövlətlər” siyahısından çıxarıb
Dünya 25 Avqust 10:12Rusiya dron hücumlarından şikayətlənir
Dünya 25 Avqust 10:11ABŞ İranın gəlir mənbəyini kəsmək üçün “İqtisadi Təcridetmə Əməliyyatı”na başlayıb
Dünya 25 Avqust 09:53ABŞ-İran Memorandumunun bərpası ilə bağlı danışıqlarda irəliləyiş əldə olunub
Dünya 25 Avqust 09:45Bir milyardlıq hədəfdən milyardlıq layihələrə: Azərbaycan və Özbəkistanın iqtisadi tərəfdaşlığı
Siyasət 25 Avqust 09:34Azərbaycan–Özbəkistan münasibətləri regional inkişafın əsas strateji oxuna çevrilir - MƏQALƏ
Siyasət 25 Avqust 09:29Tramp bu ölkənin Baş nazirini "kloun" adlandırdı!
Dünya 25 Avqust 05:04Qəbul imtahanlarında 700 bal topladı, Tibb Universitetində təhsil alacaq...
Təhsil 25 Avqust 04:06ABŞ Suriyanın adını bu siyahıdan çıxartdı
Dünya 25 Avqust 03:02İstanbulda cinayətkar qruplara qarşı əməliyyat keçirilib
Dünya 25 Avqust 02:21Səudiyyə Ərəbistanına məxsus tanker vurulub
Dünya 25 Avqust 02:02Ana və qızı eyni vaxtda tələbə oldular...
Təhsil 25 Avqust 01:20ABŞ İranla bağlı 60 təşkilata sanksiya tətbiq etdi
Siyasət 25 Avqust 01:03Maradonanın topu 3,3 milyon dollara satıldı
İdman 25 Avqust 00:21Heydər Əliyev Mərkəzi Ukrayna bayrağına bürünüb
Siyasət 25 Avqust 00:03"Əminəm ki, komandam bunun öhdəsindən gələ biləcək"
İdman 24 Avqust 23:31Fransada yuxarı sinif şagirdləri üçün mobil telefondan istifadə qadağan edildi
Təhsil 24 Avqust 23:19Tofiq Bakıxanov harada dəfn olunacaq?
Mədəniyyət 24 Avqust 23:03Tokayev payızda İrəvana gedəcək
Dünya 24 Avqust 22:31Özəl xəbərlər
Digər xəbərlər"Kolbasa və sosiska alarkən nələrə diqqət etməliyik"? - QİDA MÜTƏXƏSSİSİ
Sosial 25 Avqust 16:31Cənubi Koreya 28 ədəd K2 tankından ibarət ilk partiyanı Polşaya çatdırıb
Dünya 25 Avqust 16:12Litva Prezidenti Ukraynaya 42 milyon avro yardım vədi verib
Dünya 25 Avqust 16:07
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9825
+0,06%
-
GBP
2,3175
+0,05%
-
RUB
2,0265
-0,14%
2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



