Peyvənd sertifkatı göstərmək tələbi də aradan qaldırılacaq

Danimarka və Norveçdən sonra İsveç də Covid məhdudiyyətlərinin əksəriyyətini aradan qaldırmağa hazırlaşır. SİA xarici mətbuata istinadən xəbər verir ki, "Omicron"un yoluxucu, lakin “daha ​​yüngül” variantı üstünlük təşkil etdiyinə görə, Avropanın bəzi dövlətləri onu “yeni mərhələ” kimi təsvir edirlər.

İsveç bütün anti-Covid məhdudiyyətlərinin qaldırılacağını açıqlayıb. Bar və restoranların bağlanma vaxtı saat 23:00-a qədər götürüləcək və tədbirlər yumşaldılacaq. İctimai nəqliyyatda yalnız pik saatlarda maska ​​taxmaq tövsiyə olunacaq. Bundan başqa, ictimai yerlərə daxil olmaq üçün peyvənd sertifkatı göstərmək tələbi də aradan qaldırılacaq.

Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə