Danimarka və Norveçdən sonra İsveç də Covid məhdudiyyətlərinin əksəriyyətini aradan qaldırmağa hazırlaşır. SİA xarici mətbuata istinadən xəbər verir ki, "Omicron"un yoluxucu, lakin “daha yüngül” variantı üstünlük təşkil etdiyinə görə, Avropanın bəzi dövlətləri onu “yeni mərhələ” kimi təsvir edirlər.
İsveç bütün anti-Covid məhdudiyyətlərinin qaldırılacağını açıqlayıb. Bar və restoranların bağlanma vaxtı saat 23:00-a qədər götürüləcək və tədbirlər yumşaldılacaq. İctimai nəqliyyatda yalnız pik saatlarda maska taxmaq tövsiyə olunacaq. Bundan başqa, ictimai yerlərə daxil olmaq üçün peyvənd sertifkatı göstərmək tələbi də aradan qaldırılacaq.
Qönçə Quliyeva