Nigeriyalı müğənni, “Qremmi” mükafatı laureatı Burna Boy İslamı qəbul edib

...Qremmi mükafatı laureatı, nigeriyalı müğənni Burna Boy İslama səyahəti haqqında danışıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə New Telegraph yazır.

Müğənninin əsl adı Damini Oqulunun sözlərinə görə, o, bir neçə il düşündükdən və həyatın mənasını axtardıqdan sonra müsəlman olmaq qərarına gəlib.

...Uzun müddət öyrəndim və düşündüm. Xristian olaraq böyüdüm, amma dini nə qədər çox öyrəndimsə, bir o qədər çox sualım var idi. İslamda rahatlıq tapdım...

...Burna Boy bunu məşhur strimer Plaqueboymax ilə söhbətində deyib.

33 yaşlı müğənni Nigeriyanın Port Harkort şəhərində anadan olub. O, yaşlandıqca getdikcə artan mənəvi qarışıqlıq yaşadığını bildirib.

Yetkinlik yaşına çatanda İslam haqqında öyrənəndə onun aydınlığı və sadəliyi onu heyrətləndirib.

Müğənni etiraf edib ki, İslam ona aydın istiqamət və daxili dinclik verib, bütün narahatedici suallarına aydınlıq gətirib.

…Dua etdiyim zaman hiss edirəm ki, Allah məni eşidir, -o qeyd edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə