Kaliforniya ştatının Hantinqton-Biç şəhərindəki çimərlik yaxınlığında helikopter qəzaya uğrayıb. SİA xəbər verir ki, bu barədə NBC News məlumat yayıb. Ən azı beş nəfər yaralanıb – ikisi helikopterdə, üçü isə yerdə olub və xəstəxanaya yerləşdirilib. Şahidlərin lentə aldığı görüntülərdə helikopterin idarə olunmadan fırlanaraq yerə düşdüyü görünür. Qəzanın səbəbi hələlik müəyyən edilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB