Kaliforniyada helikopter qəzaya uğradı

12 Oktyabr 2025 05:27 (UTC+04:00)

Kaliforniya ştatının Hantinqton-Biç şəhərindəki çimərlik yaxınlığında helikopter qəzaya uğrayıb. SİA xəbər verir ki, bu barədə NBC News məlumat yayıb. Ən azı beş nəfər yaralanıb – ikisi helikopterdə, üçü isə yerdə olub və xəstəxanaya yerləşdirilib. Şahidlərin lentə aldığı görüntülərdə helikopterin idarə olunmadan fırlanaraq yerə düşdüyü görünür. Qəzanın səbəbi hələlik müəyyən edilməyib.