Bolqarıstanda çimərlikdə dron tapılıb...

...Bolqarıstanın ən böyük şəhərlərindən biri olan Burqas çimərliyində naməlum dron tapılıb.

SİA xəbər verir ki, bu barədə Bolqarıstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bolqarıstan Müdafiə Nazirliyi bildirib ki, Burqasın Şimal çimərliyində su altında qalan pilotsuz uçuş aparatı barədə fövqəladə hallar xidmətlərinə 112 tərəfindən məlumat verilib. Hadisə yerinə yerli hərbi dəniz bazasından əməliyyat qrupu göndərilib və nəticədə pilotsuz uçan aparatın “tərkibində partlayıcı maddə olmadığı və təhlükə törətmədiyi” müəyyən edilib.

...Dəniz Donanmasının Baş Qərargah rəisinin icazəsi ilə ixtisaslaşmış qrup obyekti Burqas hərbi-dəniz bazasına daşıyıb, - Bolqarıstan Müdafiə Nazirliyi əlavə edib.

Onlar dronun mənşəyini dəqiqləşdirməyiblər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə