Almaniyada işsizlərin 33faizi miqrantlardır…

Uzun müddət iş tapa bilməyən Almaniya sakinləri arasında keçən il miqrantların payı 33 faizə çatıb.

SİA-nın məlumatına görə, bu barədə Almaniya KİV-i Federal Məşğulluq Agentliyinin cavabına istinadən xəbər verir. Bundan əvvəl müvafiq sorğunu sağçı Almaniya üçün Alternativ (AfD) partiyasından olan Bundestaq deputatı Rene Şpringer göndərmişdi.

Almaniyada “uzunmüddətli işsizlər” dedikdə, ən azı bir il işsiz qalan insanlar nəzərdə tutulur.

…Keçən il əcnəbilərin nisbəti təqribən 33 faizə çatıb. Uzunmüddətli işsizlikdən əziyyət çəkən 972 000-ə yaxın insandan 317 000-nin alman pasportu yoxdur.

Bunu Bild qəzeti yazır.

Agentliyin məlumatına görə, 2018-ci ildə onlar 23 faiz olub. Bild qeyd edir ki, keçən il 533 min alman iki ildən çox işsiz olub, 260 min insan isə dörd ildən artıqdır ki, işsiz qalıb. Lakin onların neçəsinin miqrant olduğu qeyd edilmir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə