Rusiyalı turistlər Tunisdə “qeyri-turizm avadanlığı” tapıblar

...Tunisin hüquq-mühafizə orqanları saxlanılan rusların üzərində “bəyan edilmiş turistik məqsədlərə uyğun olmayan avadanlıq” tapdıqlarını açıqlayıb.

SİA xəbər verir ki,bu barədə RBC-yə Rusiyanın bu ölkədəki səfirliyi məlumat verib.

Diplomatik nümayəndəlik qeyd edib ki, Rusiya vətəndaşları terror fəaliyyətində iştirakda şübhəli bilinirlər.

...Bununla belə, biz istisna etmirik ki, iş daha az ciddi əsaslarla yenidən təsnifləşdirilə bilər, - deyə onlar əlavə ediblər.

Qeyd edək ki, Rusiyadan gələn 11 nəfərlik “turist” qrupu noyabrda Tunisdə saxlanılıb. Onlar “tədqiqat və yerli tarix” məqsədi ilə Tunis-Əlcəzair sərhədi yaxınlığında yerləşən Kasserine əyalətinin Haydra kəndinə gediblər. Tunis üçün həssas infrastruktur, o cümlədən ölkənin Müdafiə Nazirliyinin yurisdiksiyasında olanlar olduğu üçün bu ərazi yerli təhlükəsizlik qüvvələrinin xüsusi nəzarəti altındadır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə