Bolşoy Qoloustnoye kəndi yaxınlığında Baykal gölündə 5,6 gücündə zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin İrkutsk vilayəti üzrə Baş İdarəsi öz məlumat yayıb. Bildirilib ki, seysmik hadisə saat 6:45-də (Bakı vaxtı ilə 2:54) qeydə alınıb, zəlzələnin episentri Baykal gölünün akvatoriyasında yerləşib. İrkutskda zəlzələnin həssaslığı 3 bal qiymətləndirilib. Dağıntı və tələfat olmadığı qeyd edilir. Bütün infrastruktur obyektləri normal işləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə