Ukrayna Milli Bankı qrivnanın dollara nisbətdə məzənnəsini tarixi maksimuma qaldırıb.
SİA xəbər verir ki, bu barədə Ukrayna Milli Bankının saytındakı məlumatlar sübut edir.
Ukrayna Milli Bankı yanvarın 7-nə olan məzənnəni yenilədikdən sonra qrivnanın dollara nisbətdə məzənnəsi tarixi maksimuma yüksəlib.
Yanvarın 6-da rəsmi məzənnə 1 dollar üçün 42,088 qrivna (92,5 rubl), yanvarın 7-də 42,195 qrivna (92,8 rubl) səviyyəsində müəyyən edilib.
Bundan əvvəl Ukrayna Milli Bankı ehtiyatlardan dollar satışı üzrə tarixi rekorda imza atmışdı.
Ukrayna tənzimləyicisi valyuta bazarında qızıl-valyuta ehtiyatlarından 5,3 milyard dollar satıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə