Grivnanın dollara nisbətdə məzənnəsi yüksəlib

6 Yanvar 2025 21:44 (UTC+04:00)

Ukrayna Milli Bankı qrivnanın dollara nisbətdə məzənnəsini tarixi maksimuma qaldırıb.

SİA xəbər verir ki, bu barədə Ukrayna Milli Bankının saytındakı məlumatlar sübut edir.

Ukrayna Milli Bankı yanvarın 7-nə olan məzənnəni yenilədikdən sonra qrivnanın dollara nisbətdə məzənnəsi tarixi maksimuma yüksəlib.

Yanvarın 6-da rəsmi məzənnə 1 dollar üçün 42,088 qrivna (92,5 rubl), yanvarın 7-də 42,195 qrivna (92,8 rubl) səviyyəsində müəyyən edilib.

Bundan əvvəl Ukrayna Milli Bankı ehtiyatlardan dollar satışı üzrə tarixi rekorda imza atmışdı.

Ukrayna tənzimləyicisi valyuta bazarında qızıl-valyuta ehtiyatlarından 5,3 milyard dollar satıb.

Əli Babayev