Norveç Ukraynanın Hərbi Dəniz Qüvvələrinin gücləndirilməsinə 242 milyon ABŞ dolları vəsait ayıracaq. SİA xəbər verir ki, bu barədə ölkənin Baş naziri Yonas Qar Störe açıqlama verib. O qeyd edib ki, həmin vəsaitin böyük hissəsi ölkənin Qara dənizdəki hərbi donanmasının maddi-texniki təminatına, idxal-ixrac əməliyyatlarının təhlükəsizliyinin gücləndirilməsinə, eləcə də sözügedən akvatoriyadan yönələn təhlükənin qarşısını almağa sərf olunacaq. Eyni zamanda rəsmi Oslo Ukraynaya minatəmizləmə əməliyyatları, habelə ordunun şəxsi heyətinin hərbi hazırlığında da dəstək olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə