Norveç Ukraynaya 242 milyon dollar hərbi yardım ayıracaq

17 Dekabr 2024 05:10 (UTC+04:00)

Norveç Ukraynanın Hərbi Dəniz Qüvvələrinin gücləndirilməsinə 242 milyon ABŞ dolları vəsait ayıracaq. SİA xəbər verir ki, bu barədə ölkənin Baş naziri Yonas Qar Störe açıqlama verib. O qeyd edib ki, həmin vəsaitin böyük hissəsi ölkənin Qara dənizdəki hərbi donanmasının maddi-texniki təminatına, idxal-ixrac əməliyyatlarının təhlükəsizliyinin gücləndirilməsinə, eləcə də sözügedən akvatoriyadan yönələn təhlükənin qarşısını almağa sərf olunacaq. Eyni zamanda rəsmi Oslo Ukraynaya minatəmizləmə əməliyyatları, habelə ordunun şəxsi heyətinin hərbi hazırlığında da dəstək olacaq.