“AvtoVAZ” qiymətləri qaldıra bilər

Rusiya rublunun ABŞ dollarına nisbətdə məzənnəsinin aşağı düşməsi və bankların faiz dərəcəsini qaldırması “AvtoVAZ” məhsullarının da qiymətinin artmasına səbəb ola bilər. SİA xəbər verir ki, bu fikirləri “AvtoVAZ” səhmdar cəmiyyətinin prezidenti Maksim Sokolov jurnalistlərə söyləyib.

Onun sözlərinə görə, 2025-ci ildə “Lada” avtomobillərinin qiyməti arta bilər. Belə ki, uçot dərəcəsinə əsaslanan faiz dərəcəsinin artması məhsulun maya dəyərinin yüksəlməsinə səbəb olur. Sokolov ikinci faktor kimi rublun zəifləməsini göstərib. Hazırda ABŞ dollarının rubla nisbətdə məzənnəsi artmaqda davam edir.

Qeyd edək ki, Rusiya Mərkəzi Bankı noyabrın 20-ə ABŞ dollarının məzənnəsini daha 9,18 qəpik artıraraq 100,0348 rubla təklif edib.

Sokolov avtomobilin maya dəyərinə BOM-un (bill of materials) təsirini vurğulayaraq deyib ki, zavodun tədarükçüləri özləri xammalı, materialları xaricdən alırlar və bu idxal-ixrac əməliyyatları ABŞ dolları ilə həyata keçirilir. Odur ki, dolların məzənnəsi “AvtoVAZ” avtomobillərinin qiymətinə təsir göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə