...Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G20 sammitində iştirakından sonra bildirib ki, Ukraynanın uzaqmənzilli raketlərdən istifadə etməsi nüvə münaqişəsi riskini artırır. SİA xəbər verir ki, onun sözlərini RİA Novosti sitat gətirir. ...Ukraynanın istifadə etdiyi raketlər belə bir vəziyyətin nəyə gətirib çıxaracağını göstərir, - deyə o bildirib.
Ərdoğanın sözlərinə görə, Türkiyə “bu neqativlərə qarşı” mövqeyini qoruyur və vəziyyətin nizamlanma istiqamətində inkişaf edəcəyini gözləyir.
Türkiyə liderinin qeyd etdiyi kimi, Rusiyanın yenilənmiş nüvə doktrinasını açıqlaması cavab tədbiridir və Şimali Atlantika Alyansı bu barədə düşünməlidir.
Ərdoğan əlavə edib ki, Rusiyanın özünü müdafiə etmək qabiliyyəti olmalıdır və var.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə