Apple iPhone 14 və yeni Apple Watch məhsullarını nə vaxt təqdim edəcək?

Sentyabrın 7-də Apple yeni iPhone modellərini təqdim edəcəyini açıqladı. SİA xəbər verir ki, keçiriləcək tədbirdə Apple iPhone 14 və Apple Watch məhsulu ilə bağlı yeni detalları paylaşacaq. Tədbir internet vasitəsilə də canlı yayımlanacaq. Tədbirin əsas gündəmi yeni iPhone 14 modeli olacaq. Təqdimatda Apple-ın 6,1 düymlük iPhone 14, 6,7 düymlük iPhone Max və ya Plus, 6,1 düymlük iPhone Pro və 6,7 düymlük iPhone Pro Max modellərini təqdim edəcəyi gözlənilir.

Bildirilir ki, Apple yeni iPhone mini modelini təqdim etməyəcək. Yeni modellərdə ən böyük təkmilləşdirmələrin Pro seriyasında olacağı gözlənilir. Bildirilir ki, ABŞ texnologiya platformalarına görə gələ biləcək xüsusiyyətlər arasında yeni selfi kamerası və Face ID üçün xüsusi bir “boşluq” olacaq. Pro modellərinə "həmişə açıq" rejiminin əlavə ediləcəyi də bildirilir. Bu yolla telefon kilidli olsa belə, ekranın ön hissəsindəki vidjetlər görünəcək. A seriyalı çiplərin yalnız Pro modellərində olacağı bildirilir.

Pro modellərindəki kameraların 48 meqapiksellik sensor olması gözlənildiyi halda, təqdim ediləcək bütün modellərin ön kameralarında avtofokus olacaq.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə