İnsan əli dəymədən robot vasitəsi ilə çatdırılma gerçəkləşdirilib

Çində karantin bölgəsinə göndərilən robot, özü çatdırılma edib. Elm dünyası uzun illərdir robotların iş həyatına qatılması üzərində işləyir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu təcrübə hələ dünyada geniş yayılmayıb.

İllərdir danışılan mövzu ilə bağlı Çindən maraqlı xəbər gəlib. Adətən insanlar tərəfindən görülən çatdırılma işini öz üzərinə götürən robot, karantin bölgəsinə gedərək çatdırılma həyata keçirib. Bu təcrübənin gələcəkdə daha da geniş vüsət alacağı gözlənilir.

Çatdırılma zamanı robot sol qapını açıb və xəbərdarlıq edib: “Zəhmət olmasa, bağlamanızı götürün. Diqqətli olun, təsadüfən başqalarının bağlamalarını götürməyin”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə