Çin Qlobal Televiziya Şəbəkəsinin (CGTN) verdiyi məlumata görə, yeni Lonq March 3C raketi buraxılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu Lansman Lonq March raketləri ilə başladılan seriyanın 378-ci missiyası idi. Peykin Çinin kosmik gəmiləri, kosmik laboratoriyaları və kosmik stansiyaları üçün məlumat ötürülməsi, ölçülməsi və nəzarət xidmətləri göstərməsi nəzərdə tutulur. Çin 2022-ci ilə qədər öz kosmik stansiyasını qurmağa çalışır, çünki ABŞ kosmik kəşfiyyatda əməkdaşlığı qadağan edir və Beynəlxalq Kosmik Stansiya (ISS) proqramında Çinin iştirakına mane olur.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...