Samsung unikal süni intellekt cihazları hazırlayır...

Sırğalar, boyunbağılar və üzüklər...

...Samsung, süni intellektlə işləyən istehlakçı elektronikası bazarının sürətli böyüməsinin bir hissəsi olaraq sırğalar, boyunbağılar və üzüklər də daxil olmaqla yeni süni intellektlə geyilə bilən vasitələri nəzərdən keçirir.

Bu barədə CNN-ə müsahibəsində Samsung-un mobil bölməsinin baş əməliyyat direktoru Von Cun Çoy bildirib. Çoyun fikrincə, gələcək əlinizdə saxlamağınız lazım olmayan cihazlardadır.

...Biz inanırıq ki, bu, geyilə bilən bir cihaz olmalıdır: eynək, sırğalar, üzüklər, boyunbağılar - gündəlik görünüşün bir hissəsinə çevrilən bir şey...

Sənaye artıq bu cür imkanları fəal şəkildə araşdırır. Məsələn, Meta 2 milyon süni intellekt Ray-Ban eynək satışı ilə uğur qazanıb.

Google, Snap və Samsung da öz ağıllı eynəklərini hazırlayır. OpenAI həmçinin keçmiş Apple dizayneri Jony Ive ilə gələn il təqdim ediləcəyi gözlənilən yeni süni intellekt cihazı üzərində işləyir.

Bununla belə, Çoyun qeyd etdiyi kimi, yeni formatları araşdırmaq məhsulun satışa çıxarılmasına zəmanət vermir.

Bir çox startap texniki və kommersiya çətinlikləri ilə üzləşdi. Samsung, əksinə, smartfonları əvəz etmək əvəzinə onları tamamlayan qurğular yaratmağa diqqət yetirir.

...Biz eynək üzərində fəal işləyirik, lakin hamı onları taxmaq istəmir, ona görə də biz digər formaları da araşdırırıq.

Çoy bildirib bunu.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə