Sosial media asılılığı əsasən gənclərdə və uşaqlarda yaranmış problemdir. Hər nə qədər gənclərdə və uşaqlarda desək də, bu problem son zamanlarda yaşlılar arasında da geniş yayılmışdır. Bunun səbəbi isə gənclərin və uşaqların edəcək başqa məşğuliyyəti olsa da pensioner insanların edəcək bir o qədər də məşğuliyyəti olmur və bu özü də ciddi problemdir. Mövzu ilə bağlı SİA-ya açıqlamasında sosial media asılılığı haqqında peşəkar texnoloq Fərid kazımov öz fikirlərini bildirib.
Onun sözlərinə görə, söhbət yalnız sosial mediadan deyil, rəqəmsal asılılıq məsələsindən gedir: “Çünki müasir dövrdə rəqəmsal asılılıq, insanların rəqəmsal cihazlara qarşı asılılığı artmışdır. Hər bir istifadəçinin öz maraqları var. Biri xəbərlərə baxır, biri videolara baxır və s. Bu asılılıq böyük bir problemdir. Hətta qərbdə psixoloqlar bunu narkotiklərə və spirtli içkilərə yaxın bir asılılıq kimi qəbul edilər. Bu problem var. Xüsusən də yetişən nəsildə var. Çünki daha 30+ olan nəsil rəqəmsallıqda o qədər də yaxın olmadıqları üçün 30+ nəsildə yetişən nəsilə nəzərən asılılıq daha azdır. Yetişən nəsil 5-6 yaşlardan başlayaraq artıq onlar rəqəmsal cihazlarla ünsiyyətdə olur və buna görə rəqəmsallıq onların dünyasına çevrilir. Buna görə onlarda asılılıq olur. Bu böyük problemdir. Ümumiyyətlə bununla mübarizə aparılmalıdır. Çünki həyatımız yalnız virtual məkanlardan, sosial şəbəkədən ibarət deyildir. Bunun qarşısını almaq üçün qərbdə yeni bir biznes növü yaradılmışdır. Psixoloqlar rəqəmsal detoks dedikləri yeni bir şey edirlər. Xüsusi günlər, turlar keçirilir. İnsanın əlindən hər bir cihaz alınır və o insan 3-5 gün orda qalaraq sosial şəbəkələrdən azad olur. Bununla o insanda sosial şəbəkə asılılığı biraz azalır.
Ümumiyyətlə rəqəmsal asılılıq məsələsində bizim hansı proqramı nə qədər istifadə etdiyimiz göstərilir. Biz gün ərzində özümüzdən asılı olmayaraq hər hansı bir şeyə baxırıq və bunu tənzimləmək üçün bəzi proqramlarda vardır ki onlardan da istifadə edilə bilər. Biz bunlardan istifadə etsək, gün ərzində telefonda nədən istifadə etdiyimizi görə bilərik və asılılığı azalda bilərik. Məsələ yalnız sosial media asılılığı deyil. Bəzi insanlar oyunlara da çox baxırlar. Bu da qarşısı alınmalı olan məsələdir. Elə insan da var ki, xəbər oxumadan dayana bilmir və bu onun özündən asılı deyil. Bunu da həll etmək vacibdir. İnsan bədənində istifadə olunan dopamin adlı bir maddə var. Bu maddə inanın xoşbəxtlik hormonu kimidir. Siz videolara baxdıqda, xəbər oxuduqda ya da oyun oynadıqda bu maddə ifraz olunur və asılılıq yaranır".
Müəllif: Leyla Ağayeva
Bütün xəbərlər Facebook səhifəmizdə