“Çelsi” 20 yaşlı portuqaliyalını transfer etdi

“Çelsi” 20 yaşlı portuqaliyalını transfer etdi

"Çelsi” “Bazel”dən 20 yaşlı yarımmüdafiəçi Renato Veyqanı transfer edib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı futbolçu ilə 7+1 illik müqavilə imzalanıb. Transfer qiyməti açıqlanmasa da, “Transfermarkt” “Bazel”in Veyqa üçün 14 milyon avro alacağı bildirir.

Qeyd edək ki, 2023/24 mövsümündə Veyqa klub səviyyəsində 26 oyun keçirib, 2 qol vurub və 1 qolun ötürməsini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə