"İnsanların özünə və başqalarına olan hörməti danışığından aydın görünür"

Türk modelyer Gülşah Saraçoğlu müğənni Deha Bilimlierlə ailə qurması ilə bağlı iddialarla bağlı yenidən danışıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, iddianı inkar edib.

Saraçoğlu, "İnsanların özünə və başqalarına olan hörməti danışığından aydın görünür. Danışarkən söz seçə bilməyən, sözünün hara gedəcəyini hesablaya bilməyən insanlardan həmişə uzaqlaşıram. Kimisə təhqir etmək istədikləri zaman işlətdikləri sözlərlə, əslində, özlərini dəyərsizləşdirirlər və bundan xəbərləri belə yoxdur" deyib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...