"Bir gün bunu hiss etsəm, mütləq ailə quracam"

Məşhur türk serialı olan “Muhteşem Yüzyıl” serialındakı “Hürrəm Sultan” obrazı ilə şöhrət qazanan aktrisa Meryem Üzərli fevral ayında qızı Lily Koini qucağına alıb. SİA xarici mətbuatına istinadən xəbər verir ki, qızı Lily Koinin atası ilə yaşayan Üzərli evlilik barədə açıqlama verib.

O, "sevgi önəmlidir, amma sağlamlıq daha önəmlidir. Bir gün bunu hiss etsəm, mütləq ailə quracam. Evliliyə qarşı küskün deyiləm" deyib.

Qeyd edək ki, Üzərli Berlində kiçik qızı Lili Koinin amerikalı atası ilə yaşayır.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə