Serial sürpriz qarşılanma ilə başlayacaq

Tezliklə izləyiciləri ilə görüşməyə hazırlaşan məşhur türk kanalı Kanal D-nin "Seversin" serialının çəkilişləri tam sürətlə davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, aktrisa İlayda Alişanın "Asya" obrazını canlandırdığı "Seversin"də Burak Yörük aktyor "Tolga Tuna" obrazını canlandırır.

Hekayə bu ikisinin sürpriz qarşılaşması ilə başlayacaq. İstanbulda ticarət mərkəzində xadimə işləyərək universitet imtahanına hazırlaşan “Asya” ilə “Tolqa Tuna”nın yolları kəsişəcək.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə