Türk kanalı olan Kanal D-də yayımlanan “Camdakı Kız” serialının “Cana”sı 2012-ci ildə evləndiyi amerikalı Benjamin Harvidən 2018-ci ildə boşanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Hande Ataizi 8 yaşlı övladı Leon haqqında da bunları söyləyib: “Bizimki böyüyəndə ya pilot, ya da maşinist olacaq”.
O sözlərinə belə davam edib: “İstədiyi işlə məşğul olsun, yetər ki, xoşbəxt olsun. Onu gərəksiz xərcləməmək üçün intizamlı yetişdirirəm. Hər şeyə sahib ola bilməyəcəyini bilməlidir. İstədiyi hər şeyi ala bilmərəm”.
Hesabını və kitabını bilən qadın olduğunu dilə gətirən Hande, “Çox yerə piyada gedirəm, avtomobilimdən istifadə etmirəm. Lazım olsa, metroya minəcəm” dedi.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB