Avroviziyada koronavirus həyəcanı yaşanıb

Ötən gün Avroviziya-2022 mahnı müsabiqəsində koronavirus həyəcanı yaşanıb. SİA xəbər verir, müsabiqədə yer alan Portuqaliya deleqasiyasının bir üzvündə virus aşkar olunub. Bu hadisədən sonra Portuqaliya təmsilçisi və digər üzvlərdən də test götürülüb. Testlərinin cavabı neqativ çıxan iştirakçılar məşqlərdə iştirak edə biliblər.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə