Ötən gün “Natavanın son zamanlar ulduzluğu tutub. Dostlarını saymır, unudub. Elə insanlar var ki, uzunmüddətli dostluğu bacarmır" deyən Nadir Qafarzadəyə müğənni Natavan Həbibi cavab verib. SİA xəbər verir ki, müğənni "İnstaqram" hesabında ad çəkmədən həmkarının ünvanına ağır sözlər yazıb.
“Mənə əziz olmayan şou əhli, gedin, heç kimə lazım olmayan işinizlə məşğul olun! “Qudurmayın”. Dostluq etmək, məclisinə qatılmaq istəmədiklərim, özünüzə hörmət edin. Kamera qarşısında şirə dönməyin, hamınızı tanıyırıq. Mənim efirlərə çıxmağımın səbəbi elə siz olacaqsız. Sizi tanımayanlara sizi tanıdacam. Maskalarınızı çıxarın!”,- deyə N. Həbibi bildirib.
Daha sonra Natavan Həbibi efirlərə çıxmaq üçün qonorar istəməsi ilə bağlı ona qarşı açıqlama verən şou-biznes cəmiyyətinə münasibətini bildirib. O, “Haqqıma girdiniz, sizə elə bu da azdır. Sizi insan, sənətçi, sənətkar yerinə qoyan olmayıb, elə də qalacaqsız. Yəni, qulluqçu, kloun vəziyyətindəsiz! Özünüzə hörmət qoymadınız. Aparıcıların, kanal işçilərinin köməkçiləri kimi danışdınız. Bizə qarşı çıxmaqla öz haqqınızı tapdaladız. Nə gündəsiz?”,- deyə fikrini bölüşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB